01:41

Sağlam yaşamaq üçün sağlam yaşamaq...

İnci qədər təmizlik olsa da suda,
Artıq içiləndə dərd verir o da

Hələ uzun illər əvvəl dahi Nizami Gəncəvi tərəfindən qələmə alınan bu sətirlərlə hər birimiz yəqin ki dəfələrlə qarşılaşmışıq. Bəzən qısa bir müddət üzərində düşünərək gözəl qafiyəsi var demişik, bəzən də heç düşünmədən sürətlə oxuyaraq üzərindən keçmişik. Şair mütəfəkkir əslində bu iki sətirdə önəmli məqamlara toxunmuşdur.

İnsan sağlamlığı , sağlam yaşama, xəstəliklərdən qorunma hələ qədimdən insanlarin daim üzərində düşündüyü mövzulardan biri olmuşdur. Müasir dövrümüzdə də bu mövzu öz aktuallığını qorumaqdadır. Bu gün Tibb elminin nailiyyətləri danılmaz bir faktdır. İstər xəstəliklərin erkən aşkar olunmasında tətbiq edilən yeni müayinə metodlarının kəşfi, xəstəliklərin əmələ gəlməsinin qarşısını alan profilaktik tədbirlərin tətbiqi, istərsə də müalicədə hüceyrə səviyyəsində təsir göstərən dərman maddələrinin tətbiqi bunlara misaldır. Amma bütün bunlarla bərabər gündəlik həyatımızda yol verdiyimiz “kiçik”zərərli vərdişlərimizin səbəb olduğu sağlıq problemlərinin önünə keçməkdə tam müvəffəq deyilik. Həm ölkəmizdə, həm də bütün dünyada ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər gedərək artmaqdadır.

Doğru olmayan qidalanma tərzi bu zərərli vərdişlərimizin ən öndə gələnidir. Görəsən həqiqətdə də belədirmi? Çox da diqqət eləmədiyimiz qidalanma tərzimizin bu xəstəliklərin əmələ gəlməsində o qədər də böyük rolu varmı?

Yaşlanma, hüceyrə qocalması , oksidatif stress , xəstəliklərin əmələ gəlməsində hüceyrə səviyyəsində baş verən proseslər bugun araşdırmaçıları ən çox maraqlandıran mövzulardandır. Bu gun Dünya səhiyyəsinin əsas sağlıq problərindən olan ürək-damar xəstəlikləri , şəkərli diabetin hüceyrə səviyyəsində analizi onu göstərir ki, “oksidatif stress”adlandırdığımız hüceyrə zədələnməsi bu xəstəliklərin patogenezində əsas yeri tutur. Amerika Birləşmiş Ştatları Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, insan bədəninə bir səfərdə həddindən artıq qida maddələrinin qəbul olunması bədənimizdə olan hüceyrələrdə yüklənməyə səbəb olur. Biraz daha sadələşdirsək , bir səfərdə həddindən artıq qidalanma qida maddələrinin son dayanacaq olaraq parçalandığı hüceyrələri normadan artıq işləməyə məcbur etməklə oksidatif stresi artırmış olur. Artmış oksidatif stress hüceyrə zədələnməsinə səbəb olaraq qeyd etdiyimiz xəstəliklərin yaranmasına səbəb olan patogenetik proseslərə təkan vermiş olur.Yəni hər nə qədər saf, təmiz olsa belə bir səfərdə həddindən artıq çox qidalanmaq sadəcə o an üçün bizi narahat edən köp, mədə bağırsaq sistemində yaranan diskomfort, ağrı kimi sadə problemlər ilə bitməyir. Bugun dünyada ciddi sağlıq problemi sayılan qeyd etdiyimiz xəstəliklərin əmələ gəlməsinə səbəb olmuş olur. Atalarımızdan eşitdiyimiz “süfrədən doymamış qalxmaq” , “gözü süfrədə qalmaq” elmi əsası olan cümlələrdir. Hörmətli oxucularımız zənnimcə, gündəlik həyatımızda sadəcə qidalanma rejimimizə diqqət etməklə orqanizmimiz üçün nə qədər faydalı ola biləcəyimizi düşünmə zamanı çoxdan gəlmişdir.
Категория: Medisina | Просмотров: 407 | Добавил: Gökböri | Теги: Haýýam Eýwazow | Рейтинг: 3.0/1
Awtoryň başga makalalary

Medisina bölümiň başga makalalary


Teswirleriň ählisi: 0
Teswiri diňe saýta agza bolan ulanjylar goşup bilýär.
[ Agza bol | Saýta gir ]