09:05 “Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...” | |
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Sözler
Korrupsioner məmurların duası: “İlahi, yalvarıram, Sən özün yollarımızı seldən, uçqundan, çökmədən uzaq eləmə!..” 7 cümlədə 7 dərd... Rusiyadakı oxucularımızdan biri Mərkəzi Bankın sədri, hörmətli Elman Rüstəmova sual edir: “Elman müəllim, o günləri burda “Stavropolpromstroybank”a getmişdim, gördüm, krediti 13 faizlə verirlər, dedilər ki, hələ müəyyən şərtlərlə 10-11 faizə də verərik; biz Rusiyadan inkişafda çox geridə qalmışıq ki, banklarımız, az qala, 40-50 faizə verirlər kreditləri?..” *** Deyirlər, keçmiş MTN generallarının məhkəməsi bitdi, nə bilim, Eldar Mahmudov generallarını xilas edə bilmədi; qoy bayırda, hələlik öz kefində qalıb həmin generalların qeyd edilən cinayətlərinə rəvac verənlər, onlara bu şəraiti yaradanlar, onlara şərik olanlar və özləri də onlardan ağır günah və cinayət törədənlər kasıblı-varlılı, vəzifəli-vəzifəsiz hamımızı gözləyən və rüşvət, “day-day”, “arxa-filan” qəbul etməyən AXİRƏT MƏHKƏMƏSİNDƏN xilas olmağın dərdinə qalsın... *** Qədimalı kişi yenə həyəcanla deyir: “Ay qardaş, məni Qarabağ məsələsindən çox bu vəzifədən çıxarılanların, sabiqlərin dərdi yıxacaq; əşşi, birinin 3-4 gündən bir ölüm xəbəri gəlir, o biri infarkt keçirir, birinin beyninə qan sızır, bu nə gün-saatdı, bu nə zülmdü, yaxşı ki, məni vəzifəyə-zada qoymayıblar...” *** Amerika və Avropa standartlarına uyğun müasir Azərbaycan analarının qızlarına modern məsləhəti: “Qızım, bax, görürsən, sən də Röya kimi olsan, onun kimi oxuyub ad-san, para qazansan, sənin də belə dördmərtəbəli villan olar...” *** Yolların çəkilişinə, təmirinə, bərpasına ayrılan dövlət pullarından xımır-xımır “yeyən” korrupsioner məmurların duası: “İlahi, yalvarıram, Sən özün yollarımızı seldən, daşqından, zəlzələdən, çökmədən, uçqundan, normadan ağır tonnajlı yük maşınlarından uzaq eləmə, amma qırımızı, asfaltımızı, çınqılımızı, “şeben”imizi, betonumuzu keyfiyyətdən, davamlılıqdan uzaq eylə! Amin!..” *** Nazirlər Kabinetinin sonradan cənab Prezident tərəfindən ləğv olunmuş meşələrdə meyvə yığmağa qadağa barəsindəki qərarından gözü qorxmuş kənddə yaşayan yeniyetmə qız oxucumuz soruşur: “Əmi, görəsən, meşədə kəpənək tutsaq, problem olmaz ki?..” *** 31 il öncə Azərbaycan rəhbərliyi Qarabağda başlanan separatçı erməni mitinqlərini yatırtmqdan qorxurdu; bu gün- Qarabağın işğalından 27-28 il keçəndən sonra biz Bakıda torpaqlarımızın azadlığını tələb etməyə, Qarabağ mitinqi keçirməyə qorxuruq... Sultan LAÇIN. | |
|
Teswirleriň ählisi: 1 | |
| |