11:16

Türkmenleriñ oturymly ýaşan ýerleriniñ atlary

TÜRKMANLARIN TOPLU YAŞADIQLARI YERLƏRİN ADLARI

Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ayrırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türkmanları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və Humus Türkmanları, Şam bölgəsində yaşayanlara Şam Türkmanları, Golan təpələrində yaşayanlara isə Golan Türkmanları deyirlər. Malik Karadirek isə Suriyada yaşayan Türkmanları yaşadıqları bölgə adları ilə 10 yerə – Hələb Türkmanları, Humus Türkmanları, Lazkiyə Türkmanları (Bayır-Bucaq Türkmanları), Hama Türkmanları, Rakka Türkmanları, Golan Türkmanları (Kuneytra), Şam Türkmanları, Tartus Türkmanları, İdlip Türkmanları, Dera Türkmanları qruplarına ayırır. Bölgünü belə aparsa da, İdlip Türkmanlarından söz açarkən “Bunlar Reyhaniyedəki Türkmanların uzantısıdır. Bunlar daha çok Cisir Şugur ve şehir semtinde yaşamaktadırlar. Bilinen bezi köylerinin adları Sukkeriye, Heytedir. Tarım ve hayvançılıkla uğraşmakdadırlar. Sayları 30 bin civarındadır” yazır (Karadirek Malik, 2014:41).
Biz də çoxluğun qəbul etdiyi beş bölgü əsasında yaşayış məskənləri haqqında bilgi verəcəyik (Bölgədəki Türkmanlar yaşayan kənd, qəsəbə və məhəllələrin adları Hişam Şabaninin mənə göndərdiyi material və Ali Öztürkmenin, Ümid Özdağın, Deniz Türkmen oğlunun məqalələri əsasında hazırlanmışdır).

1.Bayır-Bucaq (Basit) Türkmanlarının (onlara Lazkiyə Türkmanları da deyirlər) yaşadıqları kənd və məhəllələr.

Ali Öztürkmenə görə, Qaramanoğlu Türkmanlarının bir qolu Osmanlı dönəmində Ağ dəniz sahillərində, Lazkiyə şəhəri və ətrafındakı Basit, Bayır, Kesap nahiyyələrinin kəndlərində yerləşmişlər.
Bayır-Bucak Türkmanları öz adlarını bölgənin adından almışdır. Bölgənin inzibati və mədəni mərkəzi Lazkiyə şəhəridir. Türkmanlar burada milli azlıq sayılmır. Rəsmi satatistikada onlar Müsəlman kimi qeyd edilir. Ölkədə yaşayan bütün xalqların əksəriyyəti isə onları Türkman adlandırırlar. Əslində burada yaşayan, Türkman adlandırılan xalq Anadoluda yaşayan Türklərdən inançları, adət-ənənələri, folklorları, mədəniyyətləri, danışıqları ilə elə də seçilmirlər.
Bölgənin mərkəzi Lazkiyə şəhəri Suriyanın Ağ dəniz sahillərində yerləşir. Türkmanlar şəhər mərkəzi Cimmel Harası (Türkman məhəlləsi) olmaq üzrə Basit, Bayır, Behlüliyə, Kesap nahiyyə mərkəzlərində və kəndlərində topluca yaşayırlar.
1950-ci ildən etibarən kəndlərdən Lazkiyəyə köçməyə başlayanlar daha çox şəhərin quzey hissəsində yerləşmişlər. Bayır və Bucak nahiyyələrində 70-ə yaxın Türkman kəndi var. Kəndlilər öz aralarında və ailələrində ana dilində danışırlar. Lazkiyə vilayət mərkəzi və Kesap nahiyyəsində 6, Bucak bölgəsində sahil boyunca 84, Behlüliyə nahiyyəsində 12, Bayır nahiyyəsinə tabe Kebelinin quzeyində 27, doğusunda 8, güneyinde 11, İncəsunun batısından güneyə doğru olan bölümünde 20, doğusunda 17 kənddə Türkmanlar əhalinin əsasını təşkil edirlər.
Türkmanlarin yaşadığı Lazkiyə şəhərindəki bəzi məhəllə və ətraf kəndlərin adları belədir: Karamustafa, Böyükpınar, Köy Çiçekli yazı, Abanlı, Ablaklı, Akça Bayır, Almalı, Assamra, Al Ğassaniyeh, Al Yamamah, Aşağı Almalı, Aşağı Qaramanlı, Ayuşlu, Baldırlı, Bostancık, Bödirsiyə, Burç İslam, Camuslu, Cüb, Cüb Torus, Cücük, Cümərən Yamadı, Çalkamanlı, Çamurlu, Çanlı, Çardaklı, Çemeren, Çirit, Çovkaran, Çukurcak, Ğamam, Dervişen, Dağdağan, Əli, Hacranlı Hasancık Saray, Hamitli, Hayat, İsa Pinar, İsebeyli, Gökdağ, Gülcük, Kabaklı, Kalabah, Kastalmaaf, Kaymaz, Kepir, Keseçik, Keşiş, Qantara, Qarabacak, Qaraca, Qara Türkmanli, Qebelli, Qıbrıh, Qünyeli, Meydancık, Mollamahmutlu, Murutly, Nisbin, Rabiya, Rihaniyye, Sağırt, Saldıran, Sılayip Türkmen, Sallor, Şeren, Turunç, Fakıhasan, Fakılı, Ubeydiyə, Um Tuyur, Zınzıf, Yamadi, Yukarı Almalı, Yukarı Qaramanlı, Yümüçak.
Bayır nahiyyəsində: Ağcabayır, Aşağı Qaramanlı, Burc-İslam, Çanacık, Çınarlı, Dağdağan, Dərvişxan, əl Kasap, Gökdağ, İsapınar, Kəbir, Kislecik, Korali, Kulcuk, Kulcukpınar, Kuruca, Kızınca, Qapaklı, Qapıkaya, Qaraahmet, Qaracağız, Qarakisa, Qarapınar, Qəbəlli, Qəbərə, Qızıkçuracık, Mahruka, Mılıklı, Murtlu, Nisibin, Saldıran, Şərən, Sarraf, Sulayıp, Ulucak, Yumuşak, Yuxarı Qaramanlı.
Malik Karadireke görə, Bayır-Bucaq bölgəsinin 52 kəndində Türkmanlar yaşayır və sayları da 200-250 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).

2. Hələb Türkmanlarının yaşadığı kənd və məhəllələr

Osmanlıların hakimiyyəti illərində Suriya Türkmanlarının mərkəzi Hələb sayılırdı. 100 ilə yaxın burada assimilyasiya – əritmə siyasəti yeridilməsinə baxmayaraq, küçələrdə, bazarda Türkmanca danışılırdı. Burada Türkmanca danışanların hamısı Türkman deyildi. Rəsmi dövlət dili Ərəb dili olsa da, hər xalq öz aralarında və ailələrində öz ana dilində danışır, küçədə, bazarda isə ünsiyyət vasitəsi kimi Türkman dilindən istifadə edirdilər.
Köhnə Hələbə, Hələb qalasına qalxarkən sağda İmadəddin Nəsiminin türbəsi görünür. Türbə ətrafında yaşayanlar özlərinin Nəsimi nəslindən gəldiklərini, onunla qürur duyduqlarını söyləyirlər.
2008-ci il martın 25-30-da Türk Dil Kurumu və Harran Universiteti Şanlıurfada “Türkiye Türkçesi ağız arastırmaları çalıstayı” təşkil etmişdi. Bu elmi toplantıda mən də “Çifte söz-lerin yaranmasında Oğuz, Kıpçak ve Karluk ağızlarının rolü” mövzusunda məruzə etdim. Simpoziuma Hələb Universitetindən də çoxlu alim gəlmişdi. Sonuncu gün bizi Hələb şəhərinə gəzməyə apardılar. Mən İmadəddin Nəsiminin türbəsini ziyarət edərkən orada özlərinin Nəsimi nəslindən olduqlarını söyləyənlərlə də görüşdüm. Lakin onlarla tərcüməçisiz danışmaq istəyimiz baş tutmadı. Nəsimi nəslindən olduqlarını, Nəsiminin də Türkman olduğunu söyləsələr belə, bildirdilər ki, özlərini Ərəb sayır və ərəblikləri ilə də qürur duyurlar.
Bələdçimiz Hələb şəhərində 400 min nəfərə yaxın Türkman və Türkman kökənli insan yaşadığını söylədi. Onların böyük əksəriyyəti şəhərin mərkəzi məhəllələrində yaşayırlar. Mərkəz məhəllələrdə yaşayan Türkmanların çoxu ərəbləşmişlər. Şəhər kənarı məhəllələrdə yaşayan Türkmanların böyük əksəriyyəti isə ana dilində danışır. Bu da onların son onilliklərdə Hələbə köçməsindəndir.
Hələb şəhərindəki Hüllük (böyük bir Türkman məhəlləsi), Kadi Əskər, Haydəriyyə və Əşrəfiyyə Türkmanların yaşadıqları məhəllələrdir. “Şehir merkezinde bulunan mahallelerden ilaveten, Kurdağı, Azez, Bab, Münbiç, Carabulus kazalarında olmak üzre Halep bölgesinde toplam 145 Türkmen köyü var” (Çetin Turhan, 2014:35).
Malik Karadirek isə Hələb və çevrəsindəki kəndlərdə, qəsəbələrdə 800 min Türkman yaşadığını yazır (Karadirek Malik, 2014:41).
Ali Öztürkmenə görə, Şahbəndər, Ataşoğlu, Mudərris, Basmacı, Kətxuda, Kahya, Ağa, Paşa, Salur, Çelebi, Zikirt, Silo, Garkinavi, Türkmani, Utri, Delati, Kərküklü, Hibbu, Bazarbaşi, Dellalbaşi, İzmirli, Kerzün, Bekir, Elbeli, Kevakibi, Mahli, Barak, Gillo, Deymuk, Rəşit, Aebo, Əsvəd, Şekşuk, Milla, Yeğən, Əltürk, Sayisli, Kör, Sari, Sarigüzəl, Bölükbaşi, Eşki, Nesimi, Haydar, Biriçikli, Mamo, Dişşo, Bəydilli, Tokuz, Mərtdilli, Maraşli, Sasilə, Hoca, Koca, Hazuri, Kəmalmaz, Altinci, Katirci, Kilisli, Dərdə, Dudik, Bəkir, Neyyal, Çavuş, əl Əsvat, Yozgatli, Kayyali vb. nəsillər Türkcə danışa bilməsələr də, Türk kökənli olduqlarını bilirlər.
Hələb nahiyəsində Qurt dağına kimi uzanan bölgədəki, yəni Cebeli Semanın doğusunda nahiyə mərkəzi ilə birlikdə 16 kənddə, Kilisin güneyində Azez qəzasının Afrin Suyu tərəfində 17 kənddə, Azezin doğusunda 29 kənddə, Azezin güneyində 3 kənddə (bu kəndlər inzibati cəhətdən Azez qəzasına deyil, Hələb şəhərinə daxildir), Çobanbəydən Mümbiç qəzasına doğru 54 kənddə, eyni qəzanın güneyində 15 kənddə, Baraklı oymağından Cerablus nahiyəsinə tabe olan 26 kənddə, Sacır suyunun güneyindəki 23 kənddə, Urfa sərhəd nahiyəsi Mürşid Pınarı və Akçaqala qəzasının güneyində yerləşən və Belih çayına qədər uzanan sahədə 59 kənddə Türkmanlar toplu yaşamaqdadır.
Bölgə üzrə Türkmanlar yaşayan bəzi kəndlərin adlarını aşağıda veririk: Ağdaş Hacar, Aqbar, Aiyaşa, Alıcı, Amerne, Anbarlı, Arabazi, Arabjurduk, Avşar, Aşnenın xarabası, Ayyaşa, Azak, Azaz, Bablimun, Bahvarta, Balabay, Balalı köy, Balban, Bandarlık, Barak Atlı, Barıh, Başa, Başköy, Batı Avşar Ocağı, Belva, Belverən, Beş Bəlli, Beş Çurın, Bəyliz, Birelli, Bir Hıllo, Bizaah, Boğaz, Boz Hüyük, Boz Qeyikli, Buyan, Buzluca, Camusverən, Carıs, Cine, Cubban, Cubbul Arus, Cubbul Qədər, Curun, Cute, Çeleme, Çemil, Çəkə, Çoban bəy, Çörten, Dabis, Dadlı, Dabık, Daş Atan, Daşqapo, Daşlıhoyuk, Debis, Delha, Dendel Oğlu, Doğu Avşar Ocağı, Doyuran, Duraklı, Dügünük, Edebet, Eşşəkli, Əmərnə, Ərəb Əziz, Əskərin xarabası, İğdə, İral, Hajı Hasanlı, Hajı Köse, Hajı Vəli, Harab Mamal, Harjala, Hammem Saqır, Hava Hasla, Hava Hüyük, Haydar Başa, Hayye Saqır, Hayye Kəbir, Hedebet, Hums, Kadılar, Kalkum, Kantara, Kersenli, Kefer Kan, Kərpiçli, Kndra, Kurt, Küllü, Qavureli, Qanlı köy, Qanlı quyu, Qarabaş, Qara Köprü, Qara köy, Qara Mazraa, Qaraquz, Qarsanle, Qarataş, Qarayakub, Qidriş, Qındıra, Qocalı, Qöbek Heyyele, Görük, Qurucu Höyük, Lilvə, Mamal, Mazıcı, Mirza, Merhan (Balva), Məməli, Muqira, Miqidin, Mulla Yakup, Munbiç, Nabğa, Okuf, Öküz öldüren, Saqqalveran, Səkizlər, Samandra, Sande, Sinəkli, Şidar, Şiferin, Şüvirin, Paltacık, Talayşa, Taşatan, Taşlı Hüyük, Taş Qapı, Taflı, Tat Hums, Tat Yusuf, Telilə, Tel Şeir, Tiral, Tukmən Barıh, Türkmen Nabgah, Tukmən Qara köy, Xalisa, Xarab Usbağılar, Xəlil oğlu, Üvilin, Yağmacı, Yazlı Bağ, Yeni Yapan, Yusuf Başa, Yusuf Bey, Vakıf, Ziyarat, Zılıf, Zuqara, Zülüf.

3.Hama və Humus Türkmanlarının yaşadığı kənd və məhəllələr

Suriyada belə bir deyim var: “Humusda kim dersə mən Türkman deyiləm, o, əslində humuslu deyil”. Suriya tarixçisi Süheyl Zakkar əski Ərəb qaynaqlarına dayanaraq göstərir ki, 11-ci yüzildə baş vermiş güclü zəlzələ Humusu tamam dağıtmışdı. Şəhəri yenidən Türkmanlar (Zingilər və Səlçuqlular) bərpa etmişlər. Nurəddin Mahmut bin Zingi Humusu əvvəlkindən də abad etmişdir. Bu gün də şəhərin mərkəzi məhəlləsi Haratul-Türkman (Türkman məhəlləsi) və əski şəhər qapılarından birisi Babu-Türkman (Türkman qapısı) adlansa da, orada yaşayan Atası, Hüseyni, Vafai, əl Rəyis, Türkmani, Cansız, Delati, Şişekli, Küvetli, Osman, Eşekli, Bayırlı, Şehirli, əl Sufi, Ataai, Tuzuklı, Delati, əl Şimali, Kiriai, Assaf, Kundakçı, əl Satlı, əl Türk, əl Şereflı, Şemsi Paşa, əl Amin, Bali, Kahya, Kihya, Nekdeli, Mamiş, Mahli, Haznadar, Kyşi, əl Terzi, Ramdun, Hamiş, Bazarbaşi, Dendeşi, Belhus, Dükkancı, Abulleben, Sallur, Kassap, Barak, Acioğlan, Nebo, Abduldeyim, Hoca, Küvetli, Amran, Kehi, Deli Osman, Sevadiye, Küçük, Huvçük, əl Umar, Sufi, Bekir, Hazzüri, Eço, Mıhı, Uyun əl Sud, Torun, Osman, Garut, Mahmut, Kaddi, Torun, əl Bakrasi, əl Emin, Balli Sufi, Hamiş, Çuhadar, Cansız, Çelebi, Hüsemi, Atmaz, Sivaslı, Ahras, əl Hulu, Sıriea, Mılla, Taş, Satli tayfasından olan Türkmanlar tamamən ərəbləşmişlər.
Suriyanın Hama-Humus şəhərləri və Livan sərhədi arasındakı kəndlərin adları belədir: Qara Avşar, İnallu, Düğəroğlanı, Hama Dügeri Mustafa Kətxuda, Hama Düğəri tabei Derviş Kətxuda, Şam Beğmişlüsü, Hüccetlü, Qapuuşaq, Eymir-i Dündvarlu, Çozlu Çerkezoğulları, İdris Kətxudaya tabei Abalu, Tokuz xan Harbendelüsü, Qara Tohtemürlü, Köse Kətxudaya bağlı Şərəfli, Uşaqobası, Bəşiroğulları obası, Eymir-i Sincarlu, Bozlu, Ebu Derdaya bağlı olan Bozlu, Tohtemürlü.
Malik Karadireke görə, bölgədə 55 kənddə Türkmanlar yaşayır və sayları da 350 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).
Salur (Sellüriyye) Türkmanları: Dindaş oğlu İsmail Bozulusa bağlı olan Gəncəli Avşarı, Qızıl Əli, Danişmendlüyə tabe Qara Xəlil.
Humusa bağlı bəzi Türkman kəndləri: Baba Amr Harası (bugünkü Türkman məhəlləsi) Zara, Mitras, Bdada, Arcun, Alhusun, Dar Kabira, Qızhıl, Üm al Qasab, Samalil, Burc Qaya.
Hama şəhər mərkəzində Türkman əsilli ailələr: əl Ezam, əl Asam, əl Şarabi, əl Sadi, Çiçekli, Gizi, Masarci, Saraç, Uzun, Koçen, Kavut, Gıbış, Koçek, Goca, Hurşid, Erşid, Kundakcı, əl Bek, Kocak, Torun, Kasım, Muhammet, Osman, Recep, Paşa, Deli, Akballıya, Ağa,Tınış,Türkmani.
Hama nahiyyəsinin Hama, Selemiye, Misyaf qəzalarındakı Türkman kəndlərinin adları: Akrab (Qara Xəlili), Aşık Ali, Ayin Debiş, Beyyada, Bıt Aslan, Bıt Natır, Caciyeh, Circisi, əl Nısır, Hazzur, Hılleh, Huvvır el Türkman, Hırbınefsıh, Hırmıl, Qartman, Kuputulhat, Muharam Osmaniye, Tatani, Tel Hasan Paşa, Huveir Türkmen, Tel Sınan, Tıllıf , Tirimis, Tulluf, Uveir.
Malik Karadireke görə, Hama bölgədə 25 kənddə Türkmanlar yaşayır və sayları da 90 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).

4. Şam Türkmanlarının yaşadıqları məhəllələr və kəndlər

Turha Çetin yazır: “Şamda fərqli geçmişə sahib üç ayrı Türkman topluluğu yaşamaqdadır. Bunlardan ən diqqət çəkəni Osmanlı dönəmindən qalmış zəngin Türkman ailələridir. İkincisi, Golan təpələrinin İsrail tərəfindən işğal edilməsinin ardından bölgeye köç etmək zorunda qalarak Şama yerləşən Türkmanlardır. Üçüncü grup ise, Türkiyə Cümhuriyyəti devrimləri sirasında Türkiyeden Suriyaya köç edən Türkmanlardır” (Çetin Turhan, 2014:36, Karadirek Malik, 2014:41).
Türkmanlar əsasən Şamın şəhər mərkəzindəki Mühacirin və Muhiddin Arabinin türbəsi ətrafında sıx yaşayır ki, bu məhəlləyə də Türk məhəlləsi deyilir. Bununla yanaşı, Türkmanlar Şamın Həcər Əsvad, Tadamün, Cobar Hırmallı, Kadem, İşşıl Verver, Mesekin Berze, Mühayyem məhəllələrində də yaşamaqdadırlar. Türkiyədə Cümhuriyyət elan olunandan sonra həyata keçirilən bir sıra islahatlarla (İslam dini ilə, geyimlə, adət-ənənə ilə bağlı) razılaşmayanlar sərt təqib və təzyiqlərlə üzləşdiklərindən – ölüm qorxusundan Şama köçmüşlər ki, onların da sayıları 3 minə yaxındır (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com /tr/in-dex.php?page=article&id=23630&updatefrom=530&from =0).
Şam şəhər mərkəzindəki ərəbləşmiş Türkman nəsilləri: Ağrıbuz, Akbıyık, Aclıkın, İlçi, İbiş, Bereket, Bizim, Boğa (əl-Hüseyni), Begdaş, Beyazid, Beytar, Terzi, Şeybani, Tillü, Temirağa, Türkmeni Tarakçı, Demir, Kaleci, Keçeci, Cebeci, Çuhadar, Çolak, Hani, Hoca, Hurdacı, Dalati, Dardari, Dergil, Duhman, Deveci, Rahavancı, Zirkli, Zeki, Zengi, Serdest, Sakati, Sultan, Trabzonlu, İzmirli, Antepli, Urfalı, Mardinli, Tokatlı, Erzrumlu, İstanbuli, Moralı, Şerbeci, Şerbetci, Şemdinağa, Sarıcalı, Karabatak, Gençosman, Gencyusufpaşa, Sabbağ, Susu, Tavlu, Abid, Abacı, Arabikatibi, Attar, Itri, Azim, Azme, Kabbani (Akbıyık dalı), Katlan, Kaşlan, Kassab, Kaltacı, Kuvvetli, Kapıkolı (Kolı), Mahmalcı, Merdembeg, Malas, Malatyalı, Nakişbendi, Uzun, Keleş, Buhari, Buharalı, Dağıstani, Dokmak, İmadi, Muradi, Biyk, Sılo, Kem almaz, Kerkütlü, Basmacı, Kerküklü.
Malik Karadireke görə, Şam və çevrəsində yaşayan Türkmanların sayı 200 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).
Havran ovasında da Türkmanlar vardır. Şam ətrafı Türkman kəndləri isə bunlardır: Bily, Marah, Rihayba, Kaldun, Adra, Hatit Türkman
Dera Türkmanları.
Dera Türkmanları ərəbləşmişlər. Osmanlı hökuməti Hac yolunun təhlükəsizliyini təmin etmək üçün Kuneytra yaxınlığındakı Dera bölgəsinə İordaniyanın içərilərinə qədər Türkman tayfaları yerləşdirmişdir. Hökümət istədiyinə, yəni Türkmanlar vasitəsilə yolların təhlükəsizliyinə uzun müddət nail olmuş, lakin onların milli kimliklərini qorumalarına o qədər də önəm verməmişdir. Buna görə də, bölgədəki Türkmanların böyük qismi ərəbləşmişdir.
Dera Türkmanlarının toplu yaşadıqları kənd və qəsəbələr: əl Hara, Neva, əl Hirak, Şıx Miskin, Gariye, əl Sahva , İnhil, əl Cize, Maraba, Balay, Barak.
Malik Karadireke görə, bölgənin 13 kəndində Türkmanlar Ərəblər, Çərkəzlər və Kürdlərlə birgə yaşayır (Karadirek Malik, 2014:41).

5. Golan Türklərinin yaşadığı kənd və məhəllələr

Fələstinlə sərhəddə yerləşən Golan təpəliklərində Ərəblər və Türkmanlar yüzillər boyu mehriban qonşuluq şəraitində yaşamışdılar. Rusiya güneyə doğru sərhədlərini genişləndirmək, I Pyotrun vəsiyyətlərinə əməl edərək Konstantinopolu (İstanbulu) ələ keçirib “dünya dövlətinə”, yəni dünyaya hakim dövlətə çevrilmək üçün 100 ildən çox idi Osmanlı dövləti ilə savaş aparırdı. Rusiyanın işğal etdiyi xalqlar isə çıxış yolunu Osmanlı dövləti ərazilərinə köçməkdə görürdülər.
1878-ci ildə Qafqazdan gələn Qaraçay-Malkarlar, Çərkəzlər, Çeçenlər, Avarlar, Avşarlar və başqa Dağıstan xalqlarının, Kalmıkların bir qismi də bu bölgədə yerləşdirilmişdilər. Bu bölgədə yaşayan Türkmanların arasında Avşar, Peçeneq vb. tayfalardan olanlar da vardı.
Fransız əsgəri birliklərinə qarşı döyüşlərdə hünər göstərən colanlılar 1948-ci ildə Türkman atlılarından ibarət süvari dəstə yaradırlar. Türkman süvariləri Ərəb kəndlərini işğalçıların hüçumundan qorumaq üçün qanlarını axıtmaqdan çəkinməmiş, qadınlar, yeniyetmələr, qocalar israillilərə qarşı savaşan Ərəb əsgərləri üçün qışın şaxtasında səngər qazmış, yaralıların yarasını sarımış, evlərinə gətirib sağalanadək müalicə etmiş, yedirdib-içirtmişlər.
1967-ci ildə İsrail Ərəb ölkələrinə hücum edəndə strateji əhəmiyyəti olan Golan təpələrini də işğal edir. Golan Türkmanları evlərini, mal-mülklərini qoyub ata-baba yurdlarından çıxmalı olurlar. Qaçqınların böyük qismi Dəməşq (Şam) şəhərində Seyyide Zeynep, Hacaresvet və Kadem yoxsul məhəllələrində yaşamaqdadırlar. Suriya Türkləri ilə bağlı bir sıra dəyərli məqalələr müəllifi olan vəkil-araşdırmaçı Ali Öztürkmenə görə, onların sayı yetmiş minə yaxındır (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/in-dex.php?page=article&id=23630&updatefrom=530&from=0).
Gazi Unversitetindən Doç. Dr. Turhan Çetin isə 1999-cu ilin qaynaqlarına dayanaraq yazır: “1999 tarihinde yapılan nüfuz sayımına göre, bölgenin nüfuzu 400 bin kişidir. Bu tarihde Türkmanların sayı 100 bin civarındadır. Yanı Türkmanlar Golan nüfuzunun yüzde 25 faizini oluşturmaktaydı. Golanda toplam 20 Türkman köyü bulunmaktaydı”.
Turhan Çetin yazır: “Hale Suriyada Golandan çıkarılmamış 40 bin civarında Türkman yaşamaktadır. Bu topluluğun bir kısmı Şam merkezine ve bir kısmı da Humus, Halep illerine yerleşmişdir”(Çetin Turhan, 2014:37).
Yalnız əyinlərində olan paltarlarla evlərindən çıxmaq məcburiyyətində qalan colanlılara nə beynəlxalq təşkilatlar, nə də Suriya hökuməti elə bir ciddi yardım etmir. Olduqca işgüzar olan colanlılar özlərinə ev-eşik tikmək, ailələrini dolandırmaq üçün iş yeri qura bilirlər.
“Modern Türklük Araştırmaları dergisi”nin 2009-cu il Aralık ayında çap olunan 6-cı cildinin 4-cü sayına Hülya Arslan Erolun “Suriye Colan (Golan) Türkmenlerı ağızı” məqaləsində də orada yaşayan Türkmanların taleindən söz açılır.
Colan Türkmanları yaşamlarını təmin etsələr də, ana dilində təhsil almalarını, milli mədəniyyətlərini, dillərini yaşada bilmirlər. Onların üçüncü qurşaqdan olan övladları ana dilini unudur, ərəbləşir.
Çərkəz, Ərəb, Dürzi və Türkmanların yaşadığı Kuneytra şəhəri colanlıların mərkəzi sayılırdı. Bir zamanlar gur və abad şəhər olan, ticarət mərkəzi sayılan nahiyyə mərkəzi də işğal altında olan kəndlər kimi xarabazarlığa çevrilib. İndi bura yalnız ildə bir dəfə ata-babalarının qəbrini ziyarətə gələnlərin üzünə açılır.
Savaşdan öncə Türkmanlar Colan təpələrinin adları aşağıda qeyd edilən kəndlərində yaşamışlar:
Ahmediyye, Kurra, Alak, Sümsüm, Ayşa, Dabya (Zabya), Sindiyane, Kadiriyye, Rezzaniyye, Kefer Naffah, Hafer, Hüseyniyye, Muğeyyir (Tılistan), Ülleyka.
Bunlardan başqa, Colan Türkmanları Xuşniyye, Zivan, Kahtaniye kimi bir sıra kəndlərdə də Çərkəzlərlə qarışıq yaşamışlar.
İsrail Colan təpələrini tutduqdan sonra ata-baba yurdlarını tərk edərək Dəməşq (Şam) şəhərinə köçmək məcburiyyətində qalanlar yaşadıqları məhəllədə özlərinə böyük bir məscid də tikmişlər. Məscidin imamı Aymən Şabanidir.
İsrailin Golanı işğal etməsindən 47 il keçsə də, golanlılar hələ də umudludular ki, beynəlxalq güclər İsrailə təzyiq göstərib onların ata-baba yurdlarına dönmələrini təmin edəcəklər. İsrail hökuməti isə heç də beynəlxalq qanunlarla hesablaşmaq fikrində deyil. Əksinə orada möhkəmlənmək üçün külək elektirik stansiyaları və başqa obyektlər tikir.
Colan təpələrindəki Türkman kəndlərində yaşayan nəsillər haqqında Hişam Şabaninin verdiyi bilgi belədir:

1. Sindiyane kəndi

Kuneytra şəhərinin batı tərəfindədir. Kənddən şəhər mərkəzinə 13 kilometrdir. Vulkanik bir ərazidə salınmış kəndin quzey tərəfində Ebu Hanzir təpəsi ucalır, doğu tərəfində isə Delhemiyə dərəsi uzanır. Kəndin ərazisi quzeydən Türkmanlar yaşayan Kefer Naffah kəndinin, batıdan Türkmanlar yaşayan Kadiriyye kəndinin, doğu tərəfdən Ərəblər yaşayan Delhemiye kəndinin, güneydən isə Kurranın əkin sahələri ilə sərhəddir. Kənd inzibati cəhətdən Kuneytra nahiyyəsinə tabe idi.
Kənd camaatı əkinçilik və üzümçülüklə məşğul olur, dənli və paxlalı bitkilərin becərilməsindən əldə etdikləri gəlirlə güzaranlarını keçirirlərmiş.
Kənddə aşağıdakı nəsillər yaşamışdır:

1. Şabanilər nəsili.

Oğuz Türkmanlərinin Avşar tayfasındandır. Colandakı Türkmanların ən böyük nəsillərindən biridir. Onların tayfasından olan nəsillər Suriyanın Hələb, Humus və Lazkiyə bölgələrində də yaşayırlar.
Məşhur şəxsləri Məmlüklülər dövrundə Hələb bəyi olan Qorxmaz Şabani və Anadoludaki Türkman bəylikləri zamanı orduda komandirlik etmiş Teniz eş-Şabanidir.

2. Zınğır (Zınır) nəsli.

Bu nəslin Oğuzların Salur (Salğur) tayfasından olduğu söylənilir.

3. Kreydi nəsli.

Bu nəsilin nümayəndələri hansı tayfaya bağlı olduqlarını bilmirlər.

2.Kadiriyye kəndi

Kəndin adı həm də Ğadiriyye kimi yazılır. Kuneytra şəhərinin güney-batısındadır. Şəhər mərkəzindən 14 kilometr aralıdadır. Kənd Kuneytra ilə Fələstin yolunun üstündədir. Kəndin quzeyində Kefer Naffah, doğusunda əl Sindiyane, batısında əl Sümsüm, güneyində isə Dabya kəndləri yerləşir.
Kəndin əhalisi əkinçilik və bağbanlıqla məşğul olurdular. Kənddə evlərin divarları vulkanik və sement daşlarından tikilir, damları isə bişmiş kərpic və qırmızı kirəmitlə örtülürmiş. Kənddə böyük bir məscid tikilibmiş. Suriya hökuməti kənddə Ərəb dilində bir məktəb da açıbmış.
Romalılar dövründən qalmış su qaynaqlarından kənd əhalisi içmək və suvarmaq üçün istifadə edirmiş. İsrail işğalından öncə evlərə su çəkilibmiş.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1.Torunlular nəsli.

Bu nəsil Oğuz Türklərinin Avşar tayfasındandır. Dabya kəndi Torunluların mərkəzi sayılır.

2. Qızıl (Ğızıl) nəsli.

3. Asseflilər nəsli.

Soyca Türkman olan Assef oğulları Məmlüklər dövründə Livanın idarə edilməsində iştirak edirmiş. Mercidabık savaşında Osmanlıların tərəfinə keçərək Məmlüklərə qarşı çıxmışlar. Bu tayfanın gücü azalanda Kürd nəslindən olan Seyfa oğulları fürsət tapıb Assefli Əmir Mənsuru məğlub edib, Assef oğullarının yaşadıqları bölgəyə hücum çəkiblər. Onların hücumunun qarşısını ala bilməyən Assef oğulları 1590-cu ildə Beyrut, Vadit Tim, Colan təpələrinə köçməyə məcbur olmuşlar.

Ali ŞAMIL.
Категория: Taryhy makalalar | Просмотров: 418 | Добавил: Hаwеrаn | Теги: Aly Şamil | Рейтинг: 0.0/0
Awtoryň başga makalalary

Taryhy makalalar bölümiň başga makalalary


Teswirleriň ählisi: 0
Teswiri diňe saýta agza bolan ulanjylar goşup bilýär.
[ Agza bol | Saýta gir ]