17:33 Şygryýet melekleri / makalajyklar toplumy – Solmaz Amanowa | |
SOLMAZ AMANOWA
Şygryýet melekleri
Solmaz Baýramguly gyzy Amanowa, 1956-njy ýylyň 24-nji fewralynda Azerbaýjanyň Salýan şäherinde doglan, şahyr, ýazyjy hanymdyr. Ol 1975-nji ýylda Baku şäheriniň M.A.Sabir adyndaky Mugallymçylyk uniwersitetine okuwa girip, 2016-njy ýyla çenli mugallymçylyk bilen meşgullanyp gelipdir. Ondan başga-da Solmaz hanym 1982-nji ýylda M.F.Ahundow adyndaky Slawýan uniwersitetiniň rus dili we edebiýaty fakultetini tamamlapdyr. Solmaz hanym 2009-njy ýyldan bäri Ýewropaň tebigy ylymlar akademiýasynyň Hakyky agzasydyr. Solmaz hanym 40-dan gowrak elektron kitabyň, 60 sany multiplikasion filmiň awtorydyr. Onuň kitaplarynyň içinde anatomiýa, anatomiýa adalgalary boýunça ertekiler, “Nakgaşlygyň we şygryýetiň anatomiýasy”, “Anatomiki teatr”, “Ybadathana dermanhanasy” ýaly kitaplar bardyr. Solmaz hanymyň iki kitaby 2009-njy ýylda Moskwada “Kitap sungaty” atly Halkara kitap sergisiniň ýeňijisi bolupdyr. Lukmançylyk ylmynyň taryhy boýunça taýýarlanan kitaplary hem-de “Nakgaşlygyň we şygryýetiň anatomiýasy”, “Anatomiki teatr”, “Ybadathana dermanhanasy” kitaplary 2014-nji ýylda Moldawiýada geçirilen halkara kitap sergisinde 1-nji orna mynasyp bolupdyr. Solmaz hanymyň kitaplary, azerbaýjan dilinden başga, nemes, iňlis, fransuz we rus dillerine terjime edilipdir. Solmaz hanymyň “Kura”, “Azerbaýjan – Zeminiň jany”, “Ilmi”, “Gyz minarasy”, “Turaç” ýaly aýdymlary Azerbaýjanda mekdep okuw kitaplaryna girizilendir. Ondan başga-da Solmaz Amanowa “Ynsan yz goýýar” atly kitaby üçin Leonardo da Winçi adyndaky medal, “Ybadathana dermanhanasy” we “Anatomiki teatr” atly kitaplary üçin Ýewropaň Abraýy ordeni, “Çaryklar” atly eseri we “Horjun” kitaby üçin Robert Koh ordeni, “Ilmiň başdan geçirenleri” atly kitaby üçin Dostluk ordeni bilen sylaglanypdyr. Şonuň ýaly-da Solmaz hanym 2016-njy ýylda “Doganlar Grimmler-professor” medaly we diplomy, şeýle hem Iogann Wolfgang Gýote we Iogann Kristof Fridrih fon Şiller adyndaky medal we diplom bilen sylaglanypdyr. Solmaz hanym tarapyndan Ýewropaň tebigy ylymlar akademiýasynyň Baku şäherindäki wekilhanasy hökmünde “Miras” merkezi döredilipdir. Solmaz hanymyň goşgularyny internetden tapmandygym sebäpli, onuň azerbaýjan dilindäki hekaýasyny goýýaryn: Xarıbülbül - Ata, mən ona ərə gedə bilmərəm. - Bu bizim sərhədlərimizi möhkəmləndirəcək. Ağa Məhəmmədin ölümündən sonra Baba xan İranın padşahı olacaq. Novruzda onun tacqoyma mərasimi olmalıdır. Yola düşməyə hazırlaş. Mən sizin toyunuza razılığımı vermişəm və qərarımı dəyişməyəcəm. Ağabəyim çox ağlamışdı. Anası ona heç cür təsəlli verə bilmirdi. O özü də, gizlincə göz yaşlarını silə-silə qızını yola hazırlayırdı. Qızının on altı yaşı vardı və onu ərə verməyin vaxtı gəlib çatmışdı. Anası Xurşid Bəyim Qacar bilirdi ki, qızının könlü əmisi oğlundadır, amma İbrahim xana etiraz edə bilməzdi, həm də Baba xan artıq elçilərini göndərmişdi. 1798-ci ilin mart ayında Ağabəyim iki yüz atlı və çox sayda qulluqçunun müşayiəti ilə Baba xanın tacqoyma mərasimi münasibətilə Tehrana - onun hərəmxanasına göndərildi. O, bütün yolboyu ağlamışdı. Vətənindən, onu sevən anasından, sevgilisindən ayrılmaq onun üçün ağrılı idi. Rəfiqələri ilə güllər yığdığı dağın yamacındakı yaşıl çəmənliklər, bulağın şırıltısı, şəlalənin səsi, bülbüllərin cəh-cəhi, arıların vızıltısı - bütün bu mənzərə, uşaqlığı gözlərinin qarşısında dururdu. - Allahım! Mənə kömək et, - Ağabəyim elə hey pıçıldayırdı. Şahın sarayında onu böyük sevgi və rəğbətlə qarşıladılar, axı onun damarlarında Qacarların qanı axırdı. Ağabəyimə ayrıca otaq verildi. Otaqda məcməyidə qızıl zinət əşyaları və toy üçün bahalı gəlin paltarları vardı. Lakin onun dərdi dözülməz idi. - Mənə Baba xanın anasının köhnə donunu gətirin, - o, kənizlərdən xahiş etdi. - Burada bu qədər gözəl, zinətlərlə bəzədilmiş paltarlar ola-ola, onun köhnə donu nəyinizə gərəkdi? - Mən Baba xanın vərdiş etdiyi donu geyinmək istəyirəm, - o, qulluqçu qızları inandıra bildi. Onlar da bu geyimin şahın xoşuna gələ biləcəyinə inanıb, ona şahın anasının köhnə ev paltarını gətirdilər. Tacqoyma mərasimindən sonra adını Fətəli şah qoyan Baba xan gəlini görməyə gələndə, otağa girib Ağabəyimi anasının geyimində görəndə heyrətə gəlmişdi. Yarıqaranlıq otaqda anasının paltarından gələn doğma qoxu onu dayandırdı. Gözünə anası göründü. - Bu nədi? - ürəyində o fikirləşdi. - Mənim hədiyyələrim sənin xoşuna gəlmədi? - şah Ağabəyimdən soruşdu. - Yox, şahım, onlar çox gözəldir, amma bu don sizə çox əzizdir. - Düzdür, o mənə çox əzizdir, amma sən bunu haradan bilirsən, axı hələ çox cavansan? Əbəs yerə sənin adını Ağabəyim qoymayıblar, sən çox ağıllısan və öz adına, nəslinə layiqsən. Bu gündən sən mənim müşavirim və hərəmxanada böyük zövcəm olacaqsan. Bunları deyib Fətəli şah Ağabəyimin otağını tərk etdi. Günlər ötüb keçdi və Ağabəyim vətən həsrəti ilə şeir yazmağa başladı. Fətəli şahın arvadları dərhal bu barədə şaha xəbər verdilər. O, Ağabəyimi hüzuruna çağırdı: - Sən Qarabağı yaddan çıxara bilmirsən? Mən aşiqəm Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ. - Bu nə şeirdi yazmısan? - Şah, mənim yazdığım şeir təkcə Qarabağdan deyil. - Oxu, - şah dedi. Mən aşiqəm Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran cənnətə döndü, Yaddan çıxdı Qarabağ. - Hə, sən həmişə olduğu kimi haqlısan. Bu gözəl şeirə görə məndən nə istəyirsən? - Tehranda elə bağ sal ki, orada Qarabağda bitən bütün bitkilər olsun. Fətəli şah elə də etdi. Bir müddət keçdi. Bağda ağaclar çiçək açdı, qəribə, qeyri-adi gözəl güllər öz ətirləri ilə arıları oyatdı, bülbüllərin nəğməsi insanın qəlbini həyəcana gətirir; ilıq mehin əsməsi Ağabəyimə doğma şəhəri Şuşanı xatırlatdı. Amma bağbanların işini fəxrlə tərifləyən Fətəli şahla birgə bağa girəndə Ağabəyimin qəlbində bir narahatlıq yarandı. Onun gözləri şahı məftun edən bu ecazkar gül-çiçəkləri görmür, o, qürbətdə bitməyən bir gülü axtarırdı. Çox ümidli idi ki, bağbanlar bu gülü yetişdirə biləcəklər. Sanki bulağın zümzüməsi, bülbülün cəh-cəhi, sərin mehin əsməsi kimi, birdən onun dodaqlarından kədərli şeir qopub səsləndi. Baharın gülşən çağında Nə gəzirsən bağı, bülbül? Könül Vətən sorağında, Çağır gəlsin yarı, bülbül. Bülbül, sənin işin qandı, Aşiqlər oduna yandı. Nədən hər yerin əlvandı, Köksün altı sarı bülbül. Vətən bağı al-əlvandı, Yox içində xarıbülbül. Ömür sürməli dövrandı, Səsin gəlsin, barı, bülbül. Ağabəyim zərif çöhrəsindən axan göz yaşlarının kəhrəba damlalarını saxlaya bilmədi. - Sənə nə oldu, niyə ağlayırsan, bu ki sənin bağındı, bitkilər də vətənindəndir. - Şahım, bu torpaqda mənim sevimli gülüm - xarıbülbülüm gül açmayıb. - Bu yalnız bir güldü, ətrafına bax gör, sənin vətəninin gülləri necə gül açıblar, - şah dedi. - Amma mən burada xarıbülbülün gül açacağına ümid edirdim. Hə, şahım, o güldü, mən isə insan; ona görə də ağlayıram ki, öz vətənim Şuşanı və xarıbülbül gülümü yaddan çıxara bilmirəm. Çeşmesi: http://www.laidinen.ru/women.php?part=795&letter=А&code =796. 03.12.2021ý. | |
|
Teswirleriň ählisi: 0 | |