10:33 Osmanlylardan birnäçe asyr öñ Balkan ýurtlaryna aralaşan gaýy türkmenleri | |
Osmanlıdan əsrlər öncə Balkanlarda Qayı boyu və Türk boy damğaları
Taryhy makalalar
Osmanlıdan əsrlər öncə Balkanlarda Qayı boyu və Türk boy damğaları Bizim əsrin 600-700-800-cü illərində Xəzər gölü şimalından qərbə doğru köç edib Balkanların Tuna çayı ətrafına gələn boylardan bəziləri bu günkü Bolqarıstanın sərhədləri daxilində olan Pliska bölgəsinə yerləşmişdir. Bolqar arxeoloqlar 1961-ci ildə Pliskada apardıqları qazıntılarda bu məskunlaşmanın qalıqlarını əldə etmiş, tikililərin divarlarını çıxarmış, 1500 il öncə istifadə etdikləri bir qism əşyaları tapmışlar. Pliska qazıntısının Türk tarixi üçün önəmi ortaya çıxarılan divarlarda və bənzər əşyalar üzərində Orxon Yenisey yazılarına oxşar yazıların və Oğuzların Qayı Boyunun damğasının olmasıdır. (Şəkil 2) Pliskada tapılan kiçik qollu bürünc bir ulduz, ortaya çıxarılan qalıqların ən maraqlı və düşüdürücü olanıdır. Bu metal ulduzun tam ortasında Qayı boyu damğası vardır. Hər qolun üzərində digər Oğuz boylarının damğalarına bənzəyən başqa damğalar vardır. (Şəkil 3) Bolqarıstan 161-ci ildə Pliska qazıntılarında tapılan Qayı boy damğalarını 16 il boyunca ictimaiyyətdən gizləyəcək bu tapıntılar ilk dəfə 1977-ci ildə Bolqar arxeoloq S.Vaklinov tərəfindən yayınlanacaqdı. Bolqar elm adamları yayımlanan damğalar mövzusunda ikiyə bölünərək, E.Sachev bunların Çuvaş türkcəsi olduğunu irəli sürərkən, Bolqar dilçi V. Beshevliev IYI formasındakı Qayı boy damğasını “Tanqra” olaraq oxuyub, bunun xristianlığı qəbul etmədən öncəki bolqarların dilində “gök/tanrı” mənasına gələn bir işarə olduğunu, yeddi qolda tapılan digər damğaların da günəş, ay, mars, merkuri, yupiter, venera və saturnu işarə etdiyini bildirəcəkdi. Bu görüş 1992-ci ildə P.Petrova tərəfindən yenilənir, fəqət P.Dobrev, S. Mihajlov, D.Ovcharov kimi elm adamları isə damğaları Orxon yazılarına bənzər yazı olaraq səciyyələndirlir. Bolqar Elmlər Akademiyası Riyaziyyat və İnformasiya İnstitutundan Milosh Sidrov 1998-ci ildə Emil Kelevedzihevlə birlikdə bürünc rozetin qaraskop olduğunu müdafiə etmiş, 1999-cu ildə bu damğaların qədim Türk yazılarına bənzər olmaqla yanaşı ulduzları işarə etdiyini və cadugərlikdə istifadə edildiyinə dair məqalələr yayılanmışdır. Ancaq bu damğalar bütün dünyanın fevral 2010-cu sayında eynilə nəşrində yayımladığım Yazıcıoğlu Əlinin 1430-cu illərdə yazdığı Təvarixi Ali Səlcuq” adlı kitabda yazılan Oğuzların Qayı, Avşar, Yazır, Eymür, Salur, Büğdüz boylarının damğaları idi. Bolqar elm adamları Pliska qazıntılarında tapılan damğaları Türk boy damğalarıyla qarşılaşdırmaqdan çəknmişdilər.Çünki xristianlığı qəbul etdikdən sonrakı dövrdə dilləri də dəyişilən bolqarlar etnik kimliklərini Türk əleyhdarlığı ilə möhkəmləndirmişdilər. İndi bu damğaların Türk/Oğuz boy damğaları olduğu anlaşılar, Türk kökləri ortaya çıxarsa, bolqar kimliyini meydana gətirməkdə Türk əleyhdarlığının əsasları çökərdi. Hələ bir də bolqarların ilk paytaxtı Pliskanın daşın-torpağına qazınmış, Bolqarıstan qazıntılarında yüzlərcəsi tapılan “IYI” şəklindəki damğanı osmanlı xanədanının başlandığı Qayı boyunun damğası olduğu gerçəyi yayılacaq olarsa, bolqarlar tarix yazımında “Osmanlı Düşmənçiliyi” çətinləşərdi. Bolqar tarixçilər Pliska qazıntılarında tapılan yüzlərcə IYI damğasını Türk/Oğuz Qayı boyu damğası deməmək üçün onu bolqarların xristian olmadan öncə inandıqları tanrı “Tangara” olaraq oxudular. Belə ki, Qayı boyu damğası bolqar zərgər sənətçiləri tərəfindən qolbaqlara, sırğalara, bilərziklərə “Bolqar Antik Tanrısı Tanqaranın İşarəsi” olaraq həkk edildi. Digər boy damğaları da bolqar büjiteriya və bəzək əşyalarında ulduz işarəsi olaraq göstərilir. Bolqar qazıntılarında tapılan Oğuz/ Türk damğaları və Qayı boy damğası Atatürkün İkinci Balkan Konfransı son oturum çıxışında tarixi qeydlərlə doğrulayır: Beləcə siz hörmətli Balkan millətləri təmsilçiləri, keçmişin qarışıq duyğu və hesablarının üstünə çıxaraq dərin qardaşlıq təməllərini quracaq və geniş birlik üfüqləri açacaqsınız. Göz ardı edilmiş və unudulmuş böyük gerçəkləri ortaya qoyacaqsınız. Hörmətli millətlərin nümayəndləri! Balkan millətləri sosial və siyasi nə davranış göstərərlərsə, göstərsinlər, onların Orta Asiyadan gəlmiş eyni qandan, yaxın soylardan ortaq ataları olduğunu unutmamaq lazımdır. Qara dənizin şimal və cənub yolları ilə min illər dəniz dalğaları kimi bir-biri ardınca Balkanlarda məskunlaşmış insan kütlələri, başqa-başqa adlar daşımalarına baxmayaraq həqiqətdə bir tək beşikdən çıxan və damarlarında eyni qan dolaşan qardaş qövmlərdən başqa bir şey deyildilər. (...) Artıq insanlıq qavramı, vicdanlarımızı təmizləməyə və duyğularımızı ucaltmağa yardım edəcək qədər yüksəlmişdir. Durumları və onarlın sivil insan düşüncəsiylə və yüksək vicdan aydınlığı ilə görər və düşünərsək aşağıdakı nəticəyə gələrik: İnsanları xoşbəxt edəcəyəm deyə onları bir-birinə boğazlatmaq insanca olmayan son dərəcə acımağa dəyər bir sistemdir.” (Hakimiyyəti Milliyə, 26.08.1931) http://karabakhmedia.az/main/7755-osmanlidan-esrler-once-balkanlarda-qayi-boyu-ve-turk-boy-damgalari.html | |
|
Teswirleriň ählisi: 0 | |