10:23 Çingiz Ýyldyrym | |
ÇINGIZ İLDIRIM
Taryhy şahslar
Sultanov Çingiz İldırım oğlu (Çingiz İldırım) — xalq komissarı. Çingiz İldırım 1890-cı ilin iyul ayında Qubadlı rayonunda, bəy ailəsində anadan olmuşdur. İlk təhsilini 1898-1905-ci illərdə Şuşa realnı məktəbində, 1906-1909-cu illərdə Vladiqafqaz orta məktəbində almışdır. 1910-1916-cı illərdə Ali təhsilini Peterburq Politexnik İnstitutunda almışdır. Əmək fəaliyyətinə Peterburqda məşhur Ayvaz zavodunda başlamışdır. Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur. 1918-ci ildə "Qızıl Şimal" və "Hürriyyət" adlı qəzetlər nəşr etdirmişdir. Azərbaycan Demokratik Respublikasının Hərbi Dəniz Donanmasına rəhbərlik etmiş, Azərbaycan SSR-də 1920-cı il 28 apreldən iyununa qədər Hərbi Dəniz İşləri üzrə Komissar işləmişdir, azərbaycanlılar arasında ilk dəfə "Qırmizi Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur. 1920-ci ilin iyunundan ilin sonuna qədər Xalq Poçt və Teleqraf Komissarı vəzifəsində çalışmışdır. Sonra Xalq Yollar Komissarı təyin edilmişdir. Bütün bu dövrdə daşnaklara qarşı mübarizə aparmış, 1921-ci il oktyabrın 4-də RSFSR Əmək və Müdafiə Şurasının Muğan müvəkkilinin müavini təyin edilmişdir. O, Respublika Xalq Komissarları Sovetinin və MİK-in ərzaq vergisi üzrə fövqəladə müvəkkili, Naxçıvanda və Qubadlıda partiya-sovet işləri üzrə məsul təhkimçi, Dövlət Plan Komissiyasının sədrinin müavini, SSRİ Sindikatlar Şurası Azərbaycan bürosunun sədri, Azərbaycan Yükvurma Cəmiyyətinin sədri, Azərbaycan xüsusi aviakimya idarəsinin sədri vəzifələrində işləmişdir. Moqnitaqorsk Metallurgiya Kombinatınin özülünü qoymuş, uzun müddət kombinatın rəisi olmuşdur. 1936-cı ildə bu işlərinə görə ona "Lenin" ordeni verilmişdir. Bir neçə il sonra haqqında ölüm hökmü çıxarılmışdır və güllələnmişdir. Karabakhmedia.az | |
|
Teswirleriň ählisi: 0 | |