01:50 "Gəldi hər gedənim, sən qayıtmadın... | |
"Gəldi hər gedənim, sən qayıtmadın...” – Şeirlər
Goşgular
Nəzakət Neman (Abdullayeva) 1976-cı ildə Qəbələ şəhərində anadan olmusdur. 1993-cü ildə Qəbələ şəhər 2 saylı orta məktəbini bitirmiş, elə həmin il ADPU-nun riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Orta məktəbdə oxuduğu müddətdə şeirləri, məqalələri rayon qəzetlərində, ”Azərbaycan gəncləri”qəzetində dərc olunmuşdur. Ali məktəbi bitirdikdən sonra ixtisası üzrə müəllimlik fəaliyyətinə başlamışdır. ”Nisgilli dünyam”, "Nə yaxsı sən varsan”, ”Axtaracaqsan”adlı 3 şeir kitabının müəllifidir. 15 şeirinə müxtəlif bəstəkarlar tərəfindən mahnılar bəstələnmişdir. 500 dən cox şeir, xırda hekayələr müəllifidir. Ailəlidir, 2 övladı var. ■ Sənsizliyimdə Baxma mənim axan bu göz yaşıma, Gülmə ki, sənsizlik gəlib başıma... Vallah bu sənsizlik gəlir xoşuma, Mən səni tapmışam sənsizliyimdə... Bir ülvi sevginin əzəli kimi, Xeyirxah bəndənin sağ əli kimi Dağda, daşda gəzən bir dəli kimi, Mən səni tapmışam sənsizliyimdə... Azlarin içində çoxum olmusan, Varımdın, bir anda yoxum olmusan, Daha cin çıxmayan yuxum olmusan, Mən səni tapmışam sənsizliyimdə... Bağımda, baxçamda ətir qalmayıb, Səndə bir hörmətim, xətir qalmayıb, Yazmağa nə misra, sıtir qalmayıb, Mən səni tapmışam sənsizliyimdə... Bilmirsən həsrətin bətər ölümdən, Sənimi apardın ayım, ilimdən, Barı sənsizliyi alma əlimdən, Mən səni tapmışam sənsizliyimdə... ■ Səni itirirəm Hər gün xəyalıma gətirirəm mən, O doğma küçədən ötürürəm mən, Gözüm görə-görə itirirəm mən, Səni itirirəm sənsizliyimdə... Bilmədin almışam xatirələri, Duya bilmədiyin daha nələri... Sevgilim, getdiyin o gündən bəri, Səni itirirəm sənsizliyimdə... Yaman tez yoruldun özümdən mənim, Oxuma dünyamı gözümdən mənim... İncimə dediyim sözümdən mənim, Səni itirirəm sənsizliyimdə... Soldurub atdığın güllərin kimi, Əlimdən çəkdiyin əllərin kimi, Mənsiz itirdiyin illərin kimi, Səni itirirəm sənsizliyimdə... Hərdən bu taleyə gülürəm deyə, Sənsiz hər gün bir az ölürəm deyə, Yuxuda yerini bilirəm deyə, Səni itirirəm sənsizliyimdə... Eşqimin alovu, odu sönməyib, Bu nə sevdadırsa, üzüm dönməyib, Bəlkə bir gün yenə taparam deyib, Səni itirirəm sənsizliyimdə... ■ Axtaracaqsan Əlinə bir qadın əli toxunsa, Məni o əllərdə axtaracaqsan. Harda məhəbbətdən nəğmə oxunsa, O şirin dillərdə axtaracaqsan... Gözünə zillənən neçə baxışda, Ömrünə yazılan tale, naxışda, Hərdən narın- narın yağan yağışda, Çağlayan sellərdə axtaracaqsan... Qəmi, nisgilimi itirmədiyin, Könlümün bağında bitirmədiyin, Mənimçün bircə yol gətirmədiyin, Ətirli güllərdə axtaracaqsan... Xoşbəxtliyin şirin suyun içdiyin, Sevgimin əyninə kədər biçdiyin, Mənsiz yaşamağı özün seçdiyin, Aylarda, illərdə axtaracaqsan... ■ Mənim Sınıbdı qanadı arzularımın, Gəlməyən baharım, yazım var mənim. Daha ünvanı yox ahu-zarımın, Dinməyən bir ağrım, sızım var mənim. Yurdumu, yuvamı itirib gəldim, Köksümdə qəm-qüssə bitirib gəldim, Qarabağ dərdimi gətirib gəldim, Dilimdə nə qədər sözüm var mənim. Düşmənin bağrını qan edəmmədim, Özümü bəladan yan edəmmədim, Neylədim zülməti dan edəmmədim, Gülməyi bilməyən gözüm var mənim... Düzlərim yalanmı, yoxsa doğrumu? Vətənin naləsi dəldi bağrımı, Sarmadım yaramı, çəkdim ağrımı, Alovsuz, ocaqsız közüm var mənim. Səs saldım hər yana, duyan olmadı, Günah kimindisə yuyan olmadı. Fəryadım dünyaya ayan olmadı, Canımda hələ də dözüm var mənim... ■ Qayıtmadın Yağdı gözlərimdən leysan yağışlar, Çökdü ürəyimə çən, qayıtmadın. Allah, nələr dedi o sert baxışlar, Öldüm qəm-qüssəyə tən, qayıtmadın... Sənlə ayrılığa güldü ayrılıq, Qədrimi səndən çox bildi ayrılıq, Bitməz qərinədi, ildi ayrılıq, Qaldım həsrətinlə mən, qayıtmadın... Özgədən səadət, sevgi umanım, Ölən ümidlərim, yersiz gümanım... Sənlə getdi mənim gözəl zamanım, Düşdü saçlarıma dən, qayıtmadın... Ətirli baharda qış çağım mənim, Viranə bağ-baxçam, göz dağım mənim, Qəlbimdən qaçanım, qaçağım mənim, Gəldi hər gedənim, sən qayıtmadın... ■ SƏNSİZLİK Sənli xeyalımın yuxusu gəlir, Gülmə sən mənim bu dənsizliyimə. Üstümdən həsrətin qoxusu gəlir, Səni istəyirəm sənsizliyimə... Bir ovuc susan sən, içə bilmirəm, Gərçəksən, nağılsan, seçə bilmirəm, Bilirsən, mən səndən keçə bilmirəm, Səni istəyirəm sənsizliyimə... Vallah nə deliyəm, nə divaəyəm, Qorxuram əynimə ayrılıq geyəm. Bircə istəyim var üzünə deyəm, Səni istəyirəm sənsizliyimə.... Aparıb getmisən xoş vusalını, Göre bilməyirəm o camalını... Sevgilim, neynirəm dünya malını, Səni istəyirəm sənsizliyimə... ■ Sən ola bilmir Düşmüşəm qəribə bir aləmə mən, Heç nə bir-biriylə tən ola bilmir. Hara gedirəmsə xəyalımda sən, Ürək şadlanmayır, şən ola bilmir. Sözlər eşidirəm sözünə bənzər, Kədərli gözler var, gözünə bənzər. İnsanlar görürəm özünə bənzər, Dəni saçındakı dən ola bilmir. Yorur sənsizliklə bu savaş məni, Boğur qəhər məni, gözdə yaş məni, Bəlkə də bilirlər qəlbi daş məni, Kimsə bircə anlıq mən ola bilmir... Ruhum ruhun ile qovuşmur yenə, Düşürəm yağışa, dumana, çənə, Kainat yığışıb gəlsə də mənə, İnan ki sən deyil, sən ola bilmir... Nəzakət NEMAN. | |
|
√ Aýna / Goşgular - 01.08.2024 |
√ Dostum, älem seniň çün olar duşman maňa... / Goşgular - 05.11.2024 |
√ Rubagylar / Goşgular - 18.06.2024 |
√ Göreş / Goşgular - 11.02.2024 |
√ Dünýa hakda / Goşgular - 29.06.2024 |
√ Peýda ýokdur, eý, köňül, yşky-peri ruýdan saňa... / Goşgular - 08.09.2024 |
√ «Bolanok — diýipdiň — bir ýylda iki...» / Goşgular - 23.10.2024 |
√ Siziñki / Goşgular - 30.01.2024 |
√ Senden özge, eý, senem, bu jümle duşmandyr maňa... / Goşgular - 28.09.2024 |
√ Bu jany gördüm / Goşgular - 19.08.2024 |
Teswirleriň ählisi: 0 | |