10:19 Garabagly ilkinji goşun generaly: Süleýman beg Alysüleýman ogly Efendiýew | |
İlk ordu generalı qarabağlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev
Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsinin baş zabiti, yazıçı Şəmistan Nəzirlinin araşdırmaları əsasında 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsündə ilk olan şəxslərdən biri də ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (1864-1919)-general-mayor omuşdur.Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki progimnaziyada almışdır. On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daхil olmuş və oranı 1885- ci ildə müvəffəqiyyətlə bitirmişdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunmuşdur. Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülmüş və ona kavaler kimi fəхri ad verilmişdir. 1900-cü ildə isə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur. Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin olunmuşdur. Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaхından iştirak etmişdir. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüşdür. Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya polis keşikçi dəstəsinin təftiş-yoхlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. Süleyman bəy ilk dəfə Azərbaycan hərbiyyə məktəbinin açılmasında və Gəncə süvari alayının yaradılmasında böyük xidməti olan görkəmli sərkərdələrimizdən biridir. AXC ordusunun sıralarında cəmi-cümlətanı bir il general kimi xidmət edən Süleyman bəy Əfəndiyevin adı yetmiş üç il arxiv səhifələrində gizlədilib. M.Ə.Rəsulzadənin xatirələrindən: “Ağdamda Pulemyotçu kiçik zabit məktəbi yaradılmışdı. Bu hərbi məktəblərdə zabitlər özləri ilə tələbələr arasında heç bir fərq qoymayaraq birlikdə çalışır, onları öyrətdikləri kimi özləri də öyrənirdilər. Ağdamdakı pulemyot məktəbində general Süleyman bəy Əfəndiyev tələbələrlə birlikdə torpağa uzanaraq təlim keçirdi.” 1917-ci il dekabrın ortalarında Azərbaycan Milli ordusu yaratmaq haqqında iki nəfərin söhbəti olur. Bunun üçün Gəncəyə gələn Əliağa Şıxlinski ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyevi qonaq çağrır və onunla birgə Azərbaycan Milli Ordusunu qurmağı razılaşdırır. Ordunun ilk üzvləri Süleyman bəyin qohumları; Cavad bəy və Rüstəm bəy olur. Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də xalqımızın maariflənməsində görkəmli ictimai xadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının təhsili və güzəranı ilə maraqlanan Süleyman bəy onlara maddi köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmişdir. 1919-cu il yanvarın 3-də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev general-mayor rütbəsilə təltif olunub. Bu, Azərbaycan Respublikasının təltif etdiyi ilk milli ordu generalı idi. O, 1919-cu ildə vəfat edib. General yoldaşının xahişi ilə Qazaxda dəfn olunub. Generalın ölümü ilə bağlı Rəsulzadə, Xoyski, Topçubaşov və digər siyasi xadimlərin yazdığı nekroloqda yazılır: “Süleyman bəy hiss və fikircə çox nəziə və təmiz adam idi. Heç kimsə bilməz ki, Süleyman bəydən bir pis iş sadiq olmuşdu. Bir dostumuz bizə təmina deyirdi ki, Azərbaycanda namus və iffəti ilə mücəssəm bir təmsil təşril edən bir sima varsa, o da Süleyman bəy Əfəndiyevdir. Parlaman əzasından Məmmədbağır ağa Şeyxzamanov cənabları mərhumun ən yaxın tanıdığı və bir çox zamanlarda bərabər işlə-iyi bir zat olması etibarı ilə də bizə deyirdi ki, general Süleyman bəy Əfəndiyev eyni zamanda bütün Azərbaycan zabitləri arasında çalışması ilə, təşkilatçılığı ilə də birinci tanınıb bilinmiş bir zat idi. Əvət! Azərbaycan üçün bu ziya böyük bir ziyadır. Bu ziya qarşısında mütəəssir olmamaq qabil degildir. General Qarabağa – Ağdama da gələrək ifayi-vəzifə xüsusunda böyük bir qabiliyyət və qeyrət göstərmişdir” “Azərbaycan” qəzetinin 3 mart 1919-cu il və “İstiqlal” qəzetinin 10 mart 1919-cu il tarixli nömrələrindən birində Generalın ölümü ilə bağlı yazı: “Ey möhtərəm əsgər! Sən Azərbaycanın ən qəhrəman övladı idin. Sən öldün. Fəqət, sənin qəhrəmanlığın səndən sonraya yetişəcək, zabitlərimiz arasında ölməyəcəksən. Səni Azərbaycan hərb tarixində yad etmək Azərbaycan üçün böyük bir şərəfdir. Sənin ruhuna təzim və hörmətlərimizə ithaf edər ikən Vətən və millətimizə də bəyan-təziyyət eyləriz”. Zaur Əliyev, Siyasi elmlər üzrə fəlsəfə doktoru. | |
|
Teswirleriň ählisi: 0 | |