02:04 "Sən eşqi, mən eşqin şəklini çəkdim…" | |
"Sən eşqi, mən eşqin şəklini çəkdim…"
Goşgular
■ Ya sevda bitəcək, ya daş bitəcək... Bitdisə... Bir andı... Nə fərqi var ki... Ya payış bitəcək, ya qış bitəcək. Mənim bulud-bulud dualarımdan Enində-sonunda yağış bitəcək... Bu mənəm... İllərin dolanbacında - Nə dərddən doyuram, nə əlacından... Kölgəm çəkilərsə yol ayrıcından, Ya göz yorulacaq, ya yaş bitəcək. Sıyrılıb çıxacaq ömrün son fəsli, Bu qara sevdadan qaranəfəsli... Qorxma... Təslim oldum özümə, təslim, Qorxma... Gözlərimdə Savaş bitəcək... İçimə toxum tək ələsin külək... Bir ovuc göz yaşı... Bir övuc çiçək... Dəli ürəyimə nə əkirsən, ək... Ya sevda bitəcək, ya daş bitəcək... ■ Səndən son istəyim... Bir albom hazırla fotolarından İçində göz yaşı olmasın, amma... Nə ağrı, nə açı, nə dərd, nə əzab, Nə də məzardaşı olmasın, amma... Çiçəklər içində, güllər içində Çiçək gülüşünün şəklini çəkdir. Çəkdir əllərinin hərarətini, Titrək öpüşünün şəkilini çəkdir... Çələng hör sevdalı baxışlarından Saçının telinə düz, mənə göndər. Bu dəli sevdanın eşq şərbətini Buta badəsinə süz, mənə göndər. İçinlə, ruhunla, baxışlarınla, Qəlbinlə təmasda şəklini çəkdir. Təpədən-dırnağa bürün sevgimə, Sonra... Bu libasda şəklini çəkdir. Astaca pıçılda sevirəm sözün – Sonra çək... səsinin şəklini göndər... Mənə saçlarının ətrini yolla, Mənə nəfəsinin şəklini göndər... ■ Amma yoxsan... Bircə damla su çilə içimdəki atəşə Lap elə gözündəki yaşı ver sərinləyim. Buz kimi kədərindən pərdə bağla Günəşə, Bu isti yay günündə qışı ver, sərinləyim. Bu şəhəri kim doğdu, kim böyütdü, görəsən, Nədir bu qədər qəzəb, bu qədər kin, İlahi?! Sevgimizi kim uddu, kim üyütdü, görəsən? Nə vaxt sonu gələcək bu nifrətin, İlahi?! Çətindi öz içində özünə yas saxlamaq Milyonların içində özgə olmaq çətindi. Çətindi öz ruhuna öz içində ağlamaq, Bir ovuc göz yaşında... Kölgə olmaq çətindi. İlahi... bir işartı, Bir təbəssüm, bir gülüş... Saxta qəhqəhələrdən sıxıldı ruhum, Allah! İlahi... Bir pıçıltı... Bir hərarət... Bir öpüş... Baltalandı, Çapıdı, Yıxıldı ruhum, Allah! Gedirəm... Tapdalayıb saxta ümidlərini, Gedirəm... Gediləsi bircə yerim də yoxsa... Yükümü bağlamışam Toplayıb dərd-sərimi, Səni də aparardım özümlə... Amma yoxsan... ■ Bircə kəlmə payız... Sən demə heç yoxmuş həsrətin sonu, Sən elə tənhaydın, mən elə təkdim… Nə çəkdin, nə çəkdim, Bilirəm bunu – Sən eşqi, mən eşqin şəklini çəkdim… Sil mənim adımı, Sil… Yenidən sil… Sevgi qatarının son biletindən. Qəlbimdə ilməsiz bircə yer qalıb Dur as gözümdəki portretindən… Son sözüm nə oldu? “Uzaqmı yollar?… Bircə kəlmə… susma, burcə kəlmə yaz”. Dilimin ucunda iki fəsil var – Bircə kəlmə payız, bircə kəlmə yaz... Sənə nə göndərim, Payız, yoxsa yaz?... Mənimçün fərqi yox, elə xəzandı! Daha içimdəki ocaq alışmaz, Sən öz gözündəki çırağı yandır. ...Düşdün ayrılıqlar köçünə, yenə Yol deyil qayıdıb gələ biləsən… Dərd deyil çəkəsən içinə, yenə... Yurd deyil… Uğrunda ölə biləsən… ■ Gedəsən Qurtulub bu qul köçündən Nəyin var alıb gedəsən. Milyonlarla yol içindən Yolunu bulub gedəsən. İlhamın yorulan yerdən, Bulanıb durulan yerdən, Son dəfə qırılan yerdən Qələmi yonub gedəsən. Yol bitsə də dönməyəsən, Dünya qopsun... Dinməyəsən... Təkcə... Dizə enməyəsən... Çatlayıb, sınıb gedəsən. Tapdalayıb tabuları, Bu qondarma yapıları... Çırpıb bütün qapıları Cəhənnəm olub gedəsən! ■ www.adam... Sil məni, sil məni xatirələrdən, Sonra unut getsin sildiyini də... Adımı, səsimi, baxışlarımı... Hətta kimliyimi bildiyini də... Sil gənclik səklimi bilgisayardan, Sonra dönə-dönə səbəti yoxla... Sonra sağ əlini masaya endir... Sonra sol düyməni qəlbimə tıkla... ...Yeni bir pəncərə aç ürəyimdən: ...www… adam… “Səni gözləmişdim bir ömür boyu! Sənlə tanışlığa necə də şadam”. ...Məni axtarmısan bilgisayarda Yeni ünvanımı tapdın... Bəs indi? Dünən məzarıma çiçək qoyan qız Virtual sevgilin olsa, bəsindi? ■ Adını yaz, get... Yenə darıxırsan? Adını yaz, get Ya sinəm üstünə, ya başdaşıma. Ay kövrək, nisgilli qadınım... Yaz get... Ya sinəm üstünə, ya başdaşıma. Başımın üstündən yağışını çək... Yığışdır yollardan baxışını, çək... Bir qərib sevdanın naxışını çək Ya sinəm üstünə, ya başdaşıma. Di sil alnımdakı yazını, qazı... Ömrün şaxtasını, buzunu qazı... Götür... Əllərinin izini qazı Ya sinəm üstünə, ya başdaşıma... ■ Gələrəm Bilirəm ki, yorulmuşam... Ömür qısa... Yol uzun. Nə olsun ki, Bu gecə də parlamadı ulduzum... Qəribsəmə... Çək içinə tənhalığın ətrini, Sən sabahın qədrini bil, Mən dünənin qədrini... Bu son tələ... Bir az gendən Gülüb keçsə, gələrəm... Ömür keçdi Gələmmədim Ölüm keçsə, Gələrəm... ■ Kimsə bilməyə Gedər-gəlməz bir səfərdən Gələsən, kimsə bilməyə... Qismətinə için-için Güləsən, kimsə bilməyə... Təzələyib yaddaşını, Viran olmuş başdaşını... Şəklindəki göz yaşını Siləsən, kimsə bilməyə... Varıb eşqin hücrəsinə Əzabdan çatlasın sinən... Bir sevdadan dönə-dönə Öləsən, kimsə bilməyə... ■ Alnıma yazılan yazı əriyib Dərdimin üstündə kirşə çəkən qız Çəkmə, dərdlərimin buzu əriyib. Sənin duz basdığın köhnə yaradı Üstündə min ilin duzu əriyib... Yenə aramıza səd düşüb, Allah, Düşüb, toxum kimi... Dərd düşüb, Allah... İçimə elə bir od düşüb, Allah, Alnıma yazdığın yazı əriyib... Susduq göz yaşında xatirələrin, İçində, dışında xatirələrin... Gecdi... Yaddaşımda xatirələrin Ləpiri ovulub, izi əriyib. ■ Bir sevdaya tutulasan... Uzaq... uzaq bir yol ola Gedəsən sonuna kimi. Bir sevdaya tutulasan İşləyə qanına kimi. Goz yaşların durula kaş, Kirpiyindən qırıla kaş... Ruhun eşqə sarıla kaş... Haqqın divanına kimi. Sənsizliyim qaraçuxam... Sənsiz heçəm, sənsiz yoxam, Bütün yollar gəlib çıxa Kaş... sənin yanına kimi. ■ Bir ovuc dərd at... Deyəsən yük oldu sənə... Nə dərdin var... ver, daşıyım. Bir az... Təsəlli ver yenə, Bir az... Ümid ver yaşayım. İçimdə eşq vərəmləyib... Sevda-sevda qan qusacaq... Ruhum çırpınır quş kimi, Bir ovuc dərd at, susacaq... Elçin Mirzəbəyli. | |
|
√ Päliýamanlar / Goşgular - 20.05.2024 |
√ Bozajak seni / Goşgular - 22.05.2024 |
√ Eý, nury-yşka söýgüli senden köňülde ýaz biter / Goşgular - 21.08.2024 |
√ Senden özge, eý, senem, bu jümle duşmandyr maňa... / Goşgular - 28.09.2024 |
√ Arşda Aý, zeminde ýeke-täk sonam / Goşgular - 19.08.2024 |
√ Aýna / Goşgular - 01.08.2024 |
√ Göreş / Goşgular - 11.02.2024 |
√ Muhammet / Goşgular - 27.08.2024 |
√ Men / Goşgular - 05.09.2024 |
√ Şahyrsumak sen / Goşgular - 06.09.2024 |
Teswirleriň ählisi: 0 | |