00:56 Tapmıram izini yanına gəlim... | |
TAPMIRAM IZINI YANINA GƏLIM...
Goşgular
Gilə Əli qızı Rzayeva - 1976-cı il martın 3-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Hələ kiçik yaşlarından şeir yazmağa başlayıb, istedadı ilə yaşıdlarından seçilib. Şeirləri ilk dəfə "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində işıqüzü görüb. Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə, "Zirvə" poeziya antologiyasında çap olunub. «Sevgi nəğmələri» adlı ilk şeirlər Tapmıram izini yanına gəlim kitabı 2001-ci ildə - 25 yaşında işıqüzü görüb. 2002-ci ildə «Bir payız günündə…» adlı ikinci, 2004-cü ildə «Yollarıma yağan yağış» adlı üçüncü şeirlər və hekayələr kitabı «Borçalı» nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Müəllifin oxucularla dördüncü görüşü olan «Xatırla məni» adlı kitabı isə 2008-ci ildə işıq üzü görüb. Şeirləri geniş oxucu kütləsi tərəfindən böyük maraqla və xüsusi rəğbətlə qarşılanan Gilə Əliqızı 2005-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi və «Şərqin səsi» qəzetinin birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən «ABDULLA ŞAİQ» mükafatı ilə təltif olunub, bir az sonra isə «Qızıl Qələm» Media mükafatı laureatı adına layiq görülüb. Qara bəxtinə ağlayır, Taleyim Qarabağ kimi. Fələk bol kisədən verib Dərdi sinəmə dağ kimi. Yanmışam, qalıbdır külüm, Yaşamaq olubdur zülüm. Mənim viranə, boş könlüm Qalıb bağbansız bağ kimi. Ömrüm solmuş yarpaq olub, Bağım tikan,tırpaq olub. Canım coxdan torpaq olub Gəzirəm hələ sağ kimi. * * * Sənin gedəcəyin başqa yer yoxmu, Elə hey ağlıma gəlirsən mənim. Gündüzlər dolaşıb fikirlərimdə Gecələr yuxumu bölürsən mənim. Yüz qayğımın,yüz dərdimin içində, Özünü yadıma salırsan mənim. Xəyalın dayanır gözüm önündə Özümü-özümüdən alırsan mənim. Səssiz danışaram xəyallarınla, Səni şeirimə söz eyləyərəm. Eşqini könlümdə odu sönməyən Ocaq eyləyərəm, köz eyləyərəm. Səni ürəyimdən yerə qoymaram. Güllü yaz olaram qışına sənin. Ömürlük kənizin, qulun olaram Dönüb pərvanə tək başına sənin. * * * Bir quşam, qanadım sənsən, Darıxıram sənin üçün. Tək arzum, inadım sənsən Darıxıram sənin üçün. Ay mənim gecəm,gündüzüm, Dilimdə ki, şirin sözüm. Ən sevdiyim,iki gözüm Darıxıram, sənin üçün. Ocaq mənəm,közüm sənsən, Son mənzilim,izim sənsən. Varlığım sən,özüm sənsən Darıxıram,sənin üçün. Eşqindən kürəm,dəliyəm, Həsrətin odu,külüyəm. Bilki,mən sənsiz ölüyəm Darıxıram,sənin üçün. Dağlarda duman,çənimsən, Bağlarda barım,dənimsən. Harda olsan, sən mənimsən Darıxıram,sənin üçün. Qışım sənlə bahar olub, Sevdan müjdə,nübar olub. Sənsiz könlüm qubar olub Darıxıram, sənin üçün. Sevdasıyla ovunduğum, Ocağından od aldığım. Ay könlünə sığındığım Darıxıram,sənin üçün. * * * Kaş uca dağlar başında, Sürünən duman olaydım Kaş ümidsiz könüllərə Süzülən güman olaydım. Yar yolunda cəfa olub, Eşqə zinət vəfa olub. Kaş möcüzə şəfa olub Dərdlərə dərman olaydım. Dünya dönür öz dəmində, Ömür keçir sitəmində. Kaş fələyin qələmində Yazılan fərman olaydım. * * * Günlər keçir, aya çatır, Gedirəm ilimə sarı. Qürbətdən Vətən olmayır Gedirəm elimə sarı. Mən tərki-diyar olmuşam. Hüznə ixtiyar olmuşam, Mən səyyahi-yar olmuşam Gedirəm çölümə sarı. Dağlarda çəni cağırır, Saçlarda dəni cağırır. Torpaqda məni cağırır Gedirəm ölümə sarı. * * * Göylər qədər təmiz olan, Baxışına aldanmışam. Mən baharın vaxtsız yağan Yağışına aldanmışam. Tapıb Nuhun gəmisini, Dünya qurub yenisini. Düşünməyib enişini Yoxuşuna aldanmışam. Yer üzü cilvəli,cəngli, Gah şeytan,gah hüri dəngli. Bu dünyanın əlvan rəngli Naxışına aldanmışam... * * * Mənim gözlərimdə bir payız fəsli, Sənin gözlərində güllü bahar var. Mən eşqin yüz illik qulu, köləsi Səndə sevda adlı təzə nübar var. Dünya bir şeytandır, şərdir cilvəsi, Tələdir, tuzaqdır nazı, işvəsi. Sənin ürəyində eşqin həvəsi Mənim ürəyimdə dərd var, qubar var. Göy üzü qarışar,buludlar ağlar, Dumanlı, çənlidir zirvəli dağlar. Sənin torpağında bəhrəli bağlar Mənim torpağımda neçə cadar var... * * * Ömrü başa yetirdim, Ayrılığın izində. Dərdlərimi bişirdim Ürəyimin közündə. Çəməndən gül dərmədim Dərib çələng hörmədim, Mən mərhəmət görmədim Bu dünyanın gözündə. Kim dəyişər cahanı, Bəxdini seçən hanı. Tanıdım bu dünyanı Aqillərin sözündə... * * * Gözü qara, dili laldır, Səssiz, soraqsız gecənin. Yoxdur, ayı, ulduzu da Nursuz, çıraqsız gecənin. Yaddaşıma izi tutub, Həsrətimi sözü tutub. Ürəyimi buzu tutub Odsuz, ocaqsız gecənin. Ulduzu dəymir, gözümə, İşığı düşmür, izimə. Sübhü açılmır, üzümə Ucsuz-bucaqsız gecənin... * * * Mən öz içimdə dustağam, Göy üzün görə bilmirəm. Eşqin çiçəkli bağından Bir çələng hörə bilmirəm. Nədir sevgi,nədir loğman, Tək sevgidir dərdə dərman. Mən sevgidən güclü fərman Bir qanun,törə bilmirəm. Dərd şeir olub dilimdə, Ötüb keçir illərim də. Öz yurdumda,öz elimdə Ömrümü sürə bilmirəm... * * * Mən sənə dağ oldum ucadan uca, Zirvəmə ələnən qar, olmadın ki. Xalı tək önünə sərdim könlümü Sən mənə eşq adlı var, olmadın ki. Döndü əzbərimə dilimdə adın, Duymadim sözünü doğmanın,yadın. Gedib buz eylədin bu eşqin odun Sönən ocağıma qor, olmadın ki. Sussuz boz çöl idin mən caya döndüm, Sən zülmət gecəydin, mən aya döndüm. Mən sənin eşqindən Leylaya döndüm Sən mənə Məcnun tək yar, olmadın ki... * * * Bitibdir düz yollarım, Qalan yoxuşlarımdır. Dərdə ürək göynəyir Dolan baxışlarımdır. Dərdə kəniz, qulam mən Bir dumanlı yolam mən Bulud kimi dolan mən Yağan göz yaşlarımdır. Könlü sək-səkəliyəm, Şübhəliyəm,şəkliyəm Eşqin həsrət şəkliyəm Şeir naxışlarımdır... * * * Geyinmişəm, qəmdən libas Üstümə həsrət biçmişəm.. Fələyin acı şərbətin Qaldırıb çoxdan içmişəm. . Elə dərd süzür dilimdən, Laçınım gedib əlimdən. Nə qalıb, yanmış külümdən, Mən elə hey, dərd çəkimişəm. Bu ocağı kim söndürüb, Söndürüb, külə döndərib. Ağrıları kim göndərib, Mən də, bəxtimə seçmişəm... * * * Mən sevdanın xoş üzünü, Bilmədim ki, səndən sonra. Doya-doya yaşamadım Gülmədim ki, səndən sonra. Daşa saldın izlərimi, Şeir etdin sözlərimi. Ağlar qalan gözlərimi Silmədim ki, səndən sonra. Qarışdım yalan, düzümə, Yandım, alışdım közümə. Sən getdin, mənsə özümə Gəlmədim ki, səndən sonra. Bir yanıqlı bəstə oldum, Şur oldum, şikəstə oldum. Həsrətindən xəstə oldum Ölmədim ki, səndən sonra... * * * Kəsib bütün yolumu, Fələk durub qəsdimə. Qoyun məni məzara, Torpaq atın üstümə. Bükülübdür varağım, Kəsilibdir sorağım. Elə yanıb ocağım Kor olmuşam tüstümə. Bağrım oyuq-oyuqdur, Bir yelkənsiz qayıqdır. Bu bahar nə soyuqdur Üşüyürəm istimə... * * * * * * Kim sevər mənim tək, kim sevər səni, Uca dağlarına duman eyləyər. Bütün ümidini sənə bağlayıb Ömrünə, gününə güman eyləyər. Kim səni nəfəsi, havası sanar, Dərdinin əlacı, davası sanar. Kim səni məskəni, yuvası sanar Sözünü pozulmaz fərman eyləyər. Kim səni ünvanı, adı eyləyib, Kim səni ağzının dadı eyləyib. Kim səni ocağı, odu eyləyib Sevdanı dərdinə dərman eyləyər. * * * Xəstə yatağında səndən uzaqda, Bir günüm uzanıb bir ilə dönüb. Sənin həsrətindən alışan könlüm Nə yanıb biryolluq, nə külə dönüb. İtmişəm özüm də mən ilim-ilim, Tapmıram izini yanına gəlim. Səninlə gül açan ilk bahar könlüm Sənsiz xarabalıq boş çölə dönüb. Mənə təsəllisən yuxularımda, Səbəbsən, ümidsən xəyallarımda. İndi şəhərim də, doğmalarım da Sənsiz özgələşib, yad elə dönüb... Gilə ƏLIQIZI. | |
|
√ Eý, Isa demli toty, eý, şirin sesli bilbil... / Goşgular - 04.08.2024 |
√ Men / Goşgular - 05.09.2024 |
√ Nämeligim soran, eşit hekaýat... / Goşgular - 18.10.2024 |
√ Garyşmaz / Goşgular - 29.05.2024 |
√ Arşda Aý, zeminde ýeke-täk sonam / Goşgular - 19.08.2024 |
√ Ylym kelamda / Goşgular - 23.07.2024 |
√ Ýolbars we Möjek / basnýa / Goşgular - 05.01.2024 |
√ Janymdan özge ýary... / Goşgular - 02.08.2024 |
√ Bazar oýlanmalary / Goşgular - 07.09.2024 |
√ «Başarsaň göwnüňi sergin saklagyn...» / Goşgular - 14.11.2024 |
Teswirleriň ählisi: 0 | |