00:50 Hər gecə yuxumda içirəm səni... | |
■ Sərxoş ümüdlərim…
Goşgular
Səni arzularda itirmişəm mən, Kim tapar əbədi itik düşəni? İllərlə saxlanan şərab kimisən, Hər gecə yuxumda içirəm səni. Sərxoş ümidlərin qar alıb başın, İsinə bilmədim son baxışına. Sənsiz keçirəcəm yenə bu qışı, Gözümü dikəcəm qayıdışına. Niyə ayrılığa isinmədik biz? Qapımı qar alıb sən gedən gündən. Adam tək yaşaya bilmədim sənsiz İntihar edirəm şeirlərimdə. ■ Azıb mənzilini ümid qatarım Tamam sönməyibdir bu od, bu ocaq. Bəlkə də bir ara közərəcəyik. Hələ üşümürük, yanır oduncaq, Hələ qəlbimizə isti əlcəyik. Tamam sökülməyib korpülərimiz, Keçməyə bir ümid yolu var hələ. Hələ ki yağışdan gizlənirik biz, Qarşıda leysan var, dolu var hələ! Azıb mənzilini ümid qatarım. Yarımçıq yolların bitəcəyi var. Ayrılsaq özümü hara aparım? Ünvan tapılmır ki itəndə yollar. Hansımız haqlıyıq, hansımız haqsız? Fikirdən yorulub artıq ürək də. Bir quru çinaram qolsuz –budaqsız, Məni yıxa bilər zəif külək də. Bu ocaq getdikcə sönür, tükənir. Kül yanmaz üstünə od atsaq da biz. Ayrılıq gələcək, yol geri dönür, O anı, o günü yubatsaq da biz!... ■ Yandıracaq sözüm məni Azad edin məni məndən Öldürəcək özüm məni. Öz özümün düşməniyəm, Göz götürmür gözüm məni. Bir əlimdə iti bıçaq, Bir küncümdə məsum uşaq, Xeyirlə şər toqquşacaq Dözə bilmir dözüm məni. Sərhədləri yarmağım var, Körpüləri qırmağım var, Bir yaralı barmağım var Sızıldadır sızım məni. Ovuluram ovum-ovum. Atım yox atlını qovum. Özümü kül edir odum, Diz çökdürür dizim məni. Qəflətdəyəm,dur deyən yox. yumruqdayam vur deyən yox. Sükutumu dinləyən yox Tanımır ki səsim məni. Məni mənə yasaq tutun. Məni məndən qıraq tutun. Sözü məndən uzaq tutun, Yandıracaq sözüm məni. ■ BÖYÜDÜM Bu dünyanın namərdi kim, mərdi kim? Kim çəkəcək dünya boyda dərdi kim? Yollarıma daş-kəsəyi sərdi kim? Ayağıma dəyə-dəyə böyüdüm. Dost dediyim, kələk qurdu arxadan. Üzdə gülüb, məni vurdu arxadan. Uşaq qalıb, böyüməzdim ay adam, Dizlərimə döyə-döyə böyüdüm. Dünya malı gözlərimdə heçdir, heç. Səndə çalış tamahını adla , keç. Mənim kimi haqqı tanı, haqqı seç, Düz sözümü deyə, deyə böyüdüm. Taleh mənə qıymadı ki bəxt payı, Bir işimi qazanmadım havayı. Kimim oldu tək Allahdan savayı? Əllərimi tutub göyə böyüdüm. *** Mən gerçək bildikcə dünya dəyişdi. Həqiqi bildikcə nağıla döndü. Şirinim zəhərmiş, qəribə işdi. Zəhərim şip şirin noğula döndü. Mən doğru bildikcə yalanlaşırmış, Çiynimdə iki cüt mələk deyilmiş. Hansisa yad gəlib doğmalaşırmış, Hansısa bir doğma gərək deyilmiş. Yaxşının,yamanın fərqi yox imiş. Özu öz çərxində yellənir dünya. Sən demə dünyanın dərdi yox imiş, Sən demə bizimlə əylənir dünya. *** Ömürlük məhəbbət olmur, əzizim, Hər yazın qış payı, payız payı var. Mürgülü dənizin, susqun dənizin Küləklər yuxusun oğurlayırlar. Bir də görürsən ki, boşalıb için, - Əlindən salmısan, düşüb dağılıb. Daha heç kim deyil o kəs səninçün, Baxırsan, yerində sınıqlar qalıb. Toxunsan, əlini yaralar o qəm, Qınayıb qalarsan hədər illəri. Bir də görərsən ki, tamam sökmüsən İçindən o bəyaz xatirələri… Bir də baxarsan ki, daşa dönmüsən, Daşlaşıb içində inamın, sözün. Elə bil bahardan qışa dönmüsən, Yanan da özünsən, yaman da özün. Yollar uzaqlaşır, dəyişir fikir, Zaman dəyirmandı, əriyir izim. Bütün ayrılıqlar ömürlük çəkir, Ömürkük məhəbbət olmur, əzizim. *** Bəxtim yenə payızdadır, Xəzəl olub tökülürəm. Məndən sənə yuva olmaz, - Kərpic-kərpic sökülürəm. Yamadılar sözə məni, Gətirdilər gözə məni. Bir sənim yox dözə məni, Sınağamı çəkilirəm… Şər atdılar, şərə düşdüm, Bir Allahsız yerə düşdüm. Haqsızlıqdan üşümüşdüm, Haqq olana bükülürəm. Şeytanlar palçığa qatdı, Mələklər təzədən yapdı. Yaradan, üzlü yaratdı, - Əzildikcə dikəlirəm. *** Sınıq ümüdlərdi bizi incidən, Arada sızlayan ürəkdir, ürək. Bu gecə üz-üzə külqabım və mən, Səni unutmağa cəhd edək gərək. Dünya fırlanacaq əsrlər boyu, Bizi də torpağa göməcək zaman. İnsan hisslərindən kimə nə axı? Kimə nə, ürəkdə nə çəkir insan? Məsələn külqabım, bir də mən və sən. Dəlilik, qəzəblər, bir də ki, həblər. Mənə içməyi də sən öyrətmisən, Sərxoşam dərdindən, dözmür əsəblər. Asdım bu dünyanın dar ağacından, Bütün sevgiləri, ayrılıqları. Həsrət bir yumaqdır, tutub ucundan Gedirəm işıqdan zülmətə sarı. Mən sənsiz çətin ki, azadlıq dadım, Özümü gömmüşəm bir daş qəfəsə. Nə mən susasıyam nə də külqabım, Sonuncu siqaret külə dönməsə… Arzu HÜSEYN. | |
|
√ Senden özge, eý, senem, bu jümle duşmandyr maňa... / Goşgular - 28.09.2024 |
√ Kalbymyň tümünde galan sargyt / Goşgular - 29.06.2024 |
√ Şahyr / Goşgular - 16.08.2024 |
√ Rubagylar / Goşgular - 18.06.2024 |
√ Eý, aşyklar bahary, haýyr hamyla senden... / Goşgular - 22.10.2024 |
√ Eý, Isa demli toty, eý, şirin sesli bilbil... / Goşgular - 04.08.2024 |
√ Estagfurullaly bentler / Goşgular - 14.02.2024 |
√ Arassadyr / Goşgular - 05.08.2024 |
√ Dostum, älem seniň çün olar duşman maňa... / Goşgular - 05.11.2024 |
√ Janymdan özge ýary... / Goşgular - 02.08.2024 |
Teswirleriň ählisi: 0 | |