01:12 Nazim Əhmədlinin şeirləri | |
■ bir gün mən də bulud olum
Goşgular
bir gün mən də bulud olum, göy üzündən baxım sənə; sonra qaralım, bozarım, guruldayım yağım sənə; əllərini uzat göyə, yağma-yağma deyə-deyə; mən də qoşulum küləyə toxunsun ayağım sənə; sonra dönüm işıq olum, baxım sənə, aşiq olum; yaşıl bir sarmaşıq olum, dolansın budağım sənə; bir az saral, bir az da sol, bir az kövrəl, bir az da dol; sonra bir şirin bulaq ol qurusun dodağım sənə. ■ belə lal baxış olarmı belə lal baxış olarmı, istədim su olub axım; üzünü çevirmə yana, qoy sənə doyunca baxım; oyansın otlar, çiçəklər, oynasın xırda böcəklər; könlümdə həsrət çiçəklər gəl səni bağrıma sıxım; mənə təntimə, acıma, əllərini çək saçıma; ürəyini qoy ovcuma. qaçım bu dünyadan çıxım. ■ dəli aşiq nə dersən de dəli aşiq nə dersən de, dərdin üzü gülmədi heç; dünyanın yolları uzun, gedən yollar dönmədi heç; bulud gəldi, oynaxladı, Göyün göyüzü laxladı; anam dağları ağladı, göz yaşını silmədi heç; tay mənə şeir oxuma, həsrət qarışıb ahıma; bulaqlar girdi yuxuma, dağlar özü bilmədi heç; dərd dediyin bir pətəkdi, dağıldı, üstümə səkdi; ayrılıqlar uzun çəkdi, ayrılıqlar ölmədi heç. ■ üzün-gözün nə şirindi ağ duman dağa büründü, həsrətin yeri göründü; üzün- gözün nə şirindi, dodağında çiyələk var; odumnan, közümnən gəldim, üzüldüm özümdən, gəldim; qəlbi Göyüzündən gəldim, hər çiynimdə bir mələk var; gözlərin ala boyandı, əllərim alışdı, yandı; qara tellərin oyandı, elə bil dağda külək var; gəl, nağıl yoğurum sənə, yazılsın axırım sənə; yaxın gəl, toxunum sənə, qanadlarımda lələk var; bir az da ayrılma dayan, dərdlə dolub o yan, bu yan; alnımıza yazı oyan, aramızda bir fələk var. ■ bilmədim bu nə səsiydi bilmədim bu nə səsiydi, gəldi min atlı, deyəsən; çığrışdı qara saçlarım, qulağım batdı deyəsən; bu qış deyil, çillədi ki, hər yanı ağ bələdi ki; həsrət elə mələdi ki, dərd özün atdı, deyəsən; nədi,nədi dərdin adı, gəldi hər yanı daladı; o nə güldü, nə ağladı o da boyatdı deyəsən; dedilər ki, qaça-qaçdı, ürəyimin rəngi qaçdı; ruhumdan bir dua uçdu, Allaha çatdı, deyəsən. ■ mən daha, daha da köhnə mən daha, daha da köhnə mən min illərin adamı; yazın, yazın ağaclara, yazın daşlara adımı; nə bilim, yoxam bəlkə də, yürüyüb çıxam bəlkədən; gələm bir uzaq ölkədən, təzələyəm boyatımı; nə var, nə var axı burda, çıxım gedim itən yurda; qismət olum bir ac qurda, bilsin ağzının dadını; ürəyim baxır içimdən, elə söz axır içimdən; gəl, məni çağır içimdən, çağır, könlümün qadını; çağır məni öz adımnan, çağır Doğumnan, Batımnan; çağır məni boyatımnan, yandırım eşqin şamını. ■ ürəyimə bir söz gəlib ürəyimə bir söz gəlib, gəlib min sözə bölünəm; gəl, tutum əlindən bir az bəlkə azacıq ilinəm; yollarım dönməyib hələ, həsrətim dinməyib hələ; kösöyüm sönməyib hələ, ocaqda qalan külünəm; bilmirəm nəyinəm sənin, dalınca deyinəm sənin; yağışın, buludun, çənin, dağlardan gələn selinəm. duman dağların tülüdü, baxdım, ürəyim ləlidi; hərə bir cürə dəlidi, mən yazıq sənin dəlinəm. ■ ulduzlar qopurmuş kimi ulduzlar qopurmuş kimi, o yankı üzündən göyün; yuxularım qar-qarışıq, yuxularım löyün-löyün; bu nə yuxudu görürəm, dərdi çiçək tək dərirəm: hara isə göndərirəm, qanadında bir mələyin; sən nə yaşda, mən nə sində, ağ buludlar kündə- kündə; mən quşammı göy üzündə, qopub tökülür lələyim; qaçıb bir qəfil yazıdan, gəlirəm dərdin yasından; buludların arasından, üzü görünür fələyin; ruhum hayana tələsir, yarpağın üstə şeh əsir; dusdaq dağlardan meh əsir, dəyir üzümə küləyi. ■ bu yer haradı görən bu yer haradı görən, nə dağı, nə düzü var; nə qaranlıq gecəsi, nə burda gün üzü var; daşı, ağacı qara, göyüzü para-para; suyu çəkilib hara bir ölü dənizi var; torpağı lilə dönüb, bərkiyib, gilə dönüb; ocağı külə dönüb, xırdaca bir közü var. evlərin damı yoxdu, kəndin adamı yoxdu; hardadı hamı,yoxdu, bir solğun bənizi var: burda necə yaşayır, üzü kədər daşıyır; adama da oxşayır bir qəribə üzü var; bu nə yuxudu belə, ürəyim qopur, lələ; səhərə çox var hələ gecənin gündüzü var; adam üşüyür burda, həsrət tövşüyür burda; ah, kim yaşayıb burda, burda adam izi var. ■ bu yol yenə də uzandı bu bulud yaman qaralıb, içindəki qarmı, gəlsin; həsrət dil açıb ləlidi gözündəki qormu, gəlsin; amanım-ahım perikib, mənnən Allahım perikib; min i ldi ruhum perikib ruhum mənə yarmı, gəlsin; səs gəlir ahdan o yana, nə var, Allahdan o yana; hardasan ana, ay ana o sənli çağlarım gəlsin; həsrətim dəli ozandı, nə yoruldu, nə usandı; bu yol yenə də uzandı mənnən gedən varmı, gəlsin; nədi,nədi balam, adın, içimdə çırtladı odum; mən dağları bulamadım qoy mənə dağlarım gəlsin. Nazim ƏHMƏDLİ. | |
|
√ Ballaryň islär / Goşgular - 22.08.2024 |
√ Ahunyň jogaby / Goşgular - 19.11.2024 |
√ Aýal dogan gelende / Goşgular - 23.08.2024 |
√ Pikir / Goşgular - 25.08.2024 |
√ Шоколадка / Goşgular - 27.07.2024 |
√ Ogluma pent / Goşgular - 13.09.2024 |
√ Halal-haram kim baka / Goşgular - 29.05.2024 |
√ Gözden akan ýaşlaryma / Goşgular - 29.05.2024 |
√ Eý kylyp röwşen, ulus tapmaga enweri hüdä... / Goşgular - 03.08.2024 |
√ Nämeligim soran, eşit hekaýat... / Goşgular - 18.10.2024 |
Teswirleriň ählisi: 0 | |