08:55 O dirilənədək | |
O dirilənədək
Goşgular
Axırıncı dəfə; - keçən il; daha dəqiqi; - keçən ilin, payız fəslinin oktyabr ayında; ...ümidsiz, çarəsiz məmləkətimizə yağış yağmışdı... elə; - göydəki buludların arasından qaçıb, ... canını qurtarmış yağış suları; elə, birbaşa; - yerdəki qara torpağı bağrına basmışdı, ...qucaqlamışdı... *** indi də yağır, o yağış indi də payızdı, indi də oktyabr ayıdır... inan ki; - sevgilim... indi də göydən yağan yağış, yerdəki qara torpağı ...qucaqlayır... *** kim deyir ki; - Allah təkdir... kim deyir ki; - Allah tənhalığı, ...təkliyi çox sevir... kim deyə bilər ki; - sevgilim, ...sənin kimi məni də Allah yaradıb... ...heç kim... ...heç kim deyə bilməz... axı, sən deyirdin ki; - məni, sən yaratmısan... elə; - Allahın məni tərk etdiyi bir vaxtda, sonsuz, sonu olmayan, əbədi bir yolda, ...ümmanda... ...həmin o yolda... ...ikimizin birgə addımladığı o yolda... elə; - Allahın məndən üz döndərdiyi bir vaxtda... elə; - sən, mənim əllərimdən tutub saxlamısan... elə; - Allahın lənətinə tuş gəlməyim deyə, ... sən, məni bağrına basıb qucaqlamısan... *** deyim, biləsən; biləsən ki, segilim; - Allah kainatı özü də bilmədən yaratdı... beləcə; - Allah kainatı yaradandan sonra, ...kainatı sevməyə başladı... elə; - kainatı yaradandan sonra, ...əlavə nə yaratdısa, onu da sevgi ilə yaratdı... *** qulaq as, segilim, yenə təkrarlayıram; kim deyir ki; - Allah təkdir... kim deyir ki; - Allah tənhalığı, ...təkliyi çox sevir... əksinə, - əslində; Allah kainatı, Ona həyan duraq deyə, yaratdı... ...arada... Onun qapısını döyək; Ondan nəsə istəyək; ...deyə... arzularımız, diləklərimiz, dualarımız qəbul olmayanda da, Onun hüzurunda məzlum qul kimi, lap sahibsiz it kimi, diz çöküb yalvaraq deyə; ... kainatı yaratdı... *** nə dəyişdi ki, heç nə... bircə heç nə dəyişdi... yenə, əvvəlki kimi yenə, zaman təkrarlandı... yenə, Allah məni tərk elədi, yenə, üstəlik; sən də məni tərk elədin... *** sevgilim, unutma; bir gün ikimiz də dünyamızı dəyişəcəyik... məzarda olmasa da, mütləq, ya o qara torpağın altında ya da o biri dünyada eynən, bu dünyanın insanları kimi bəlkə, iki yad insan kimi bəlkə, iki doğma insan kimi ümidim var, yenidən, qovuşacağıq... ...kim bilir?!... bəlkə, o dünyada da; yenə, mən; yenə, Allahdan, yenə, səndən ...ikinci dəfə ayrılacağıq... *** sevgilim, səni deyə bilmərəm; amma, mənim sonsuzadək; - qəbirdaşımdakı rəsmimdə ...gözlərim, əbədi yol çəkəcək... ...qulaqlarım, hardasa uzaq bir yerdən... adicə, tənhalığa alışmış yetim bir insanın səsini umacaq... tənhalığa alışmış yetim bir insanın səsinə möhtac qalacaq... elə; - rəsmimdəki özüm elə; - ruh kimi, elə; - sevgilim, sənin dəfn oluduğun qəbri axtaracaq... inan; ruhum sənin qəbrini tapmaq üçün, ... qəbirstanlıqlar dolaşacaq... *** elə isə; - hələlik, o dünyada görüşənədək inan; - səni gözləyəcəm, bu dünyada ölüb, ...o dünyada dirilənədək... Nikbin QASIMLI. | |
|
√ Yşk heseri / Goşgular - 21.06.2024 |
√ Eý, aşyklar bahary, haýyr hamyla senden... / Goşgular - 22.10.2024 |
√ Bu jany gördüm / Goşgular - 19.08.2024 |
√ Ynanarmykan? / Goşgular - 30.01.2024 |
√ Şahyrsumak sen / Goşgular - 06.09.2024 |
√ Nesliň göterer / Goşgular - 11.06.2024 |
√ Puluň başarnygy barada agymtyl goşgy / Goşgular - 10.01.2024 |
√ Ala ýektaý bedroý / Goşgular - 11.06.2024 |
√ Jisim... / Goşgular - 31.05.2024 |
√ Ylym kelamda / Goşgular - 23.07.2024 |
Teswirleriň ählisi: 0 | |