01:02 Uğrunda ölməli görüşüm qalıb... | |
UGRUNDA ÖLMƏLI GÖRÜŞÜM QALIB...
Goşgular
■ VÜCUDNAMƏ Su kimi torpağa hopduq Atadan, anadan qopduq Bu dünyada nədən qorxduq Sözdən, Allahdan savayı. Hər gün günü-günə çəkdik Çəkəmmədik, yenə çəkdik Dərdin önündə nə çəkdik, Nə çəkdik, ahdan savayı? Beləcə ömrü bitirdik Əmri yerinə yetirdik, Gəldik, gördük, nə götürdük Quru günahdan savayı?! ■ QÜRBƏT Uzaqda yurd qoxusu var. Neçə bələn, dağ ayırır. Təzə qürbət qorxusu var. Gözlərim qürbət səyriyir. Yanır, yanır... İçim qürbət havasına. Yenə içimə çəkilləm, Çıxıb göyümə çəkilləm Yenə məni qınasalar. Qat-qat qürbətlər görünür, Durub göz-gözə qalalı. Nə var ağrıdan anarı, Nə var qürbətdən bəlalı. Gəldi, bu da son, çatdı Qürbət çıxmadı içimnən. Keçdi karvannar da getdi Tək mənmi qaldım köçümnən.? ■ DƏRD Ayrılıq elə dərd deyil Ayrılıq ağrıdı, gülüm. Ayrılıq can almasa da Ayrılıq ağrıdır, gülüm. Çeşid-çeşid dərdlər varsa Gəlib də qəsdinə dursa Sən allahın altında dur Allahın üstündə dursun. İçimdə dərdlər ağrıyır, Gözümdə dərdlər səyriyir Məni sizdən ayırırsa Çəkdiyim dərdlər ayırır. ■ Alıb Nə gözə, nə qaşa vaxt baxan deyil, Qış gəlib qapının ağzını alıb. Ay Əli, bu xına, o xına deyil, Yaş gəlib, qapının ağzını alıb. Nə səksən addayıb, nə yetmiş gedib, Ağıl göməşiyib, huşdan-huş gedib, Gözdən nur çəkilib, dişdən-diş gedib, Leş gəlib qapının ağzını alıb. Ovumu bərədən qaçırdım,getdi, Bəxt bir yol gülmüşdü uçurdum, getdi O dolu illəri keçirdim getdi, Boş gəlib qapının ağzını alıb. Çox itlər hürüşdü, karvannar keçdi, Cavannıq mənim də əlimnən uçdu. Verəsim beşiydi, alasım üçdü, Beş gəlib qapının ağzını alıb. Gəl, dağı arana daşıma indi Gözəlmi çıxacaq qarşına indi Demə: nə daş salım başıma indi- Daş gəlib qapının ağzını alıb. ■ S o h b ə t Mənim göruləsi çox işim qalIb, Başımdan aşıbdı ev qaygılarım. Neçə uzaq- uzaq səfərim qalıb Uğrunda ölməli görüşüm qalıb. Yanımdan keçəmməz havayı ad-san, Ələ ələyində, qovur saçında, Uzaq nagıllardan gələn işıqsan. Mən də ki, qalmışam yol ayrıcında. Hələ gorüləsi çox isim qalıb, Hələ neçəsi də düşüb baş ayaq Vaxt olub bir misra yazmamışam, Bütöv bir gecəni qalsam da oyaq. Xəcalət gətirir soyugu yaşın Özü də müdriklik vaxtına çəkir Hələ şerlər var yazmamışam Qəlbimdə nisgilli agrılar yatır. Gördün ki, quruyam, susuzam, daşam Elə axşam- səhər mohnət ver mənə, Dolu urəyimi boşaltmamışam, Bir azca səbr, möhnət ver mənə. Boynumdan günahım asılan kimi, Sinəmdə ürəyim qorsuz ocaqdı Təzə şerlərim yazılan kimi Köhnə günahların yuyulacaqdı. Hələ ki, əlində bir gur cıragın Həm də ki, ay ürək, yanar çagın var Ya yol gedə -gedə ulduz olmağın, Ya da bir qəfləti uduzmağın var Yanından ötəmməz havayı ad san Ələ ələyində, qovur sacında Uzaq nagIllardan gələn işıqsan Mən də ki, qalmışam yol . * * * Qaşımıznan göz arası Olumuna, qalımına şükür. Gecəynən gündüz arası Gediminə, gəliminə şükür. Bizi yenə div aparır, Nağıllar gəlib aparır Keflər alladıb aparır Biz çəkən zülmünə şükür. Bir az çalpaşıq veribsən, Suynan, işıqnan veribsən Dəryadan bir qaşıq veribsən Bir qaşıq elminə şükür. Taxt yazdığın taxtsız olmur Baxt yazdığın baxtsız olmur. Ölüm heç vaxt vaxtsız olmur, Vaxtlı-vaxtsız ölümünə şükür. * * * Gedən süleymanlar, şahlar, Dönən taxtdı, taxtdı. Sənə güvəndiyim dağlar, Sənə də gümanım yoxdu. Gəldi də yaşımız çatdı, Pisimiz, yaxşımız çatdı, İnsanı yaşadan baxtdı, Qəhr edən də baxtdı, baxtdı. Torpaq altda itəsiyik, Haqdan bir də bitəsiyik, Bir də çıxıb gedəsiyik Desələr ki, vaxtdı, vaxtdı! * * * Yerin tanrının yanımı, Belə ucadı bilmədim. İstədim açım qapını Halın necədi bilmədim. Yeddi qat sirrər oyatdı Yeddi dağ, bələn oynatdı, Sözün içimi göynətdi Könlün incədi bilmədim. Çixmaqnan bitməz hər yoxuş Bitməz, saqqalı agarmış Bizdən öncə ölüm varmış Ölüm öncədi bilmədim. Tahir TALIBLI. | |
|
√ Sen adam aslyň hakda / Goşgular - 11.07.2024 |
√ Gözden akan ýaşlaryma / Goşgular - 29.05.2024 |
√ Týug / Goşgular - 16.07.2024 |
√ Шоколадка / Goşgular - 27.07.2024 |
√ Wepasy hakda / Goşgular - 27.07.2024 |
√ Mähremlikden nyşan sen... / Goşgular - 08.05.2024 |
√ Ömrümde / Goşgular - 05.07.2024 |
√ Obama geliñ / Goşgular - 18.08.2024 |
√ Zehi zatyň nahany, ol nahandan masewa peýda... / Goşgular - 19.08.2024 |
√ Ajap ýaýlam / Goşgular - 15.05.2024 |
Teswirleriň ählisi: 0 | |