00:32 Yaquboğludan dörd şeir | |
■ Bilmirəm mən
Goşgular
Daha sənin həsrətinə, Göyçə, dözə bilmirəm mən. Sədd çəkilib yollarına, Səndə gəzə bilmirəm mən. Ayrı düşüb saz mağardan, Zurna səsi gələr hardan? O, tər güllü yaylaqlardan, Çiçək üzə bilmirəm mən. Araz çəkər həsrətini, Dilə salar söhbətini. Yozum sənin həsrətini, Hansı sözə, bilmirəm mən. 5 dekabr 2007 ■ Mən niyə varam Hələ duymamışam, dərk etməmişəm, Bu eldə, elatda mən niyə varam? Şübhələr yaradan möcüzəsiylə, Sirli kainatda mən niyə varam? Ömrüm keşməkeşli, taleyim acı, Varmı belə dərdin görən əlacı... Yenilməz vüqarım, başımın tacı, Atasız həyatda mən niyə varam? Qəmlərdi ziynəti vuran həyata, Arazam, ünümə, çətin ün çata! Gərək torpağına dönəydim, ata, Bu anda, saatda mən niyə varam? 2006-cı il ■ Məhəbbətin ayrılığı Bir gül idim əllərində, Tez saralıb quruduldum. Niyə gülüm belə vaxtsız, Yaddan çıxıb unuduldum? Sevən üçün ağır olur, Məhəbbətin ayrılığı. Dərd veribsən çəkəmmirəm, Bu çəkilməz ağır dağı. Demə: Araz, səndən küsdüm, Sən nə vaxtsa barışacan. Ölsəm əgər bilirəm ki, Torpağıma qarışacan. 5 fevral 2005 ■ Sən yadıma düşürsən Bir sevişən görəndə, Bir öpüşən görəndə. Bir küsüşən görəndə, Sən yadıma düşürsən. Sən yadıma düşəndə, Öz dünyamdan qoparır. Xəyal məni aparır, On il əvvələ gülüm, O xoş illərə gülüm. Əllərimin əlinə Dəydiyi o ilk günü. Xatirəmdən çıxmayan, O “ərk” günü tək günü, Xatırlayıb ağlaram. Ah necə də gözəlmiş, Ötüb keçən o günlər. 2014 Araz YAQUBOĞLU. | |
|
√ Eý, aşyklar, aşyklar, bu gün biz, siz barsyňyz... / Goşgular - 11.08.2024 |
√ Mähremlikden nyşan sen... / Goşgular - 08.05.2024 |
√ Zehi zatyň nahany, ol nahandan masewa peýda... / Goşgular - 19.08.2024 |
√ Eý, kerim-u lem-ýezel... / Goşgular - 02.08.2024 |
√ Wepasy hakda / Goşgular - 27.07.2024 |
√ Jadyly duýgy / Goşgular - 18.06.2024 |
√ Çaganyñ öweý enesine aýdany / Goşgular - 20.08.2024 |
√ Halal-haram kim baka / Goşgular - 29.05.2024 |
√ Sen adam aslyň hakda / Goşgular - 11.07.2024 |
√ Pikir / Goşgular - 25.08.2024 |
Teswirleriň ählisi: 0 | |