03:26 İslamdan əvvəl türk qadını | |
İslamdan əvvəl türk qadını
Taryhy makalalar
İslamdan əvvəl türk qadını Avropa və ərəb qaynaqlarının ortaya çıxardıqları tarixi gerçəkliklərdən biri islamiyyəti qəbul edənə qədər türklərdə qadın hüquq və azadlıqlarının yüksək səviyyədə olması idi. Şəriət bataqlığına girdikdən sonra türklərdə qadına hörmət dəyəri get-gedə itdi. 7-8-ci əsrlərdə Orta Asiyada türk ölkələrinin bir hissəsi qadınlar tərəfindən idarə edilməkdə idi. Əski türklərdə, xüsusən şamanistlərdə qadınlı kişili dini yığıncaqlar tərtib edildiyi, yığıncağa qatılanların bir dairə halında yerə oturduqları, qadın və kişilərin mövqe və yaşlarına görə sıralandıqları aydın olmaqdadır. Buxaranın ərəb orduları tərəfindən işğalını nəql edən ərəb qaynaqlarından bilirik ki, 8-ci əsrdə bu şəhəri Toksan adında qadın rəhbər idarə edirdi. 720-ci ildə Kültigin üçün tikilən Tonyukuk və 734-cü ildə Müdrik xan adına tikilən Orxan kitabələrində aydın olur ki, qədim türklərdə qadınların siyasi, iqtisadi və ictimai sahələrdə azadlıqları olub. Xatırladaq ki, Kültigin xan iqtidarı öz həyat yoldaşı Qutlulu Sultan ilə birgə idarə etmişdir. Ərəb tarixçisi Bəlazurinin Fütuh ul Buldan əsərində Buxaraya edilən ərəb ordularının hücumunda Buxara məlikəsi Xınıq Sultanın etdiyi müqaviməti gostərir və onun necə dəyanətli biri olduğunu bildirir. Onuncu əsrin məşhur coğrafiyaçısı Əl Bəlxi Kitabül bad və vət Tarix əsərininin bir hissəsində türk ölkələrində qadınların azadlığı ilə bağlı fikirlərini yazır və Müaviyənin oğlu Yezid dönəmində Buxaranı idarə edən Xatun Sultandan söz edir. Xatun Sultan Yezidin Xorasana təyin etdiyi Zeyyad bin Əbihinin oğlunun Buxaraya hücumunu öyrənincə digər bir türk ölkəsi rəhbəri Tərkandan kömək istəmiş və bu vəsilə ilə də evlənmə təklif etmişdi. Səlcuqlu sultanı Toğrul 11-ci əsrdə Bağdadı işğal etdikdən sonra xəlifələrin sarayında Xəlifə Əl Qasım Biəmrillahın qızı ilə evlənir, evləndiyi qadını böyük hörmətlə taxta oturdur. Ərəb tarixçisi İbni Xəllikan bununla bağlı yazır : Səfər ayının 15-ci günü şahzadə qızıl parçalarla bəzəkli taxta çıxdı və ərini gözlədi. Toğrul bəy yoldaşının qarşısına diz çökərək gəldi, ona bənzərsiz hədiyyələr verərək yeri öpdü və böyük hörmət göstərərək otağına çəkildi. Hər nə qədər ətrafdakı insanlar bəyin bu evliliyini xoş qarşılamasalar da onun həyat yoldaşına göstərdiyi hörmət qarşısında heyranlıqlarını gizlədə bilməmişdilər. 12-ci əsrin tanınmış tarixçilərindən İbn Cübeyir 1183-1184-cü illərdə Misir, İraq, Suriya və Yaxın Şərq ölkələrinə etdiyi gəzintilərini izah edərkən türk qadınının cəmiyyətdə əhəmiyyətli yerini və dəyərini izah edir. Xorasan valisi Tukuş şah ilə Kəbəni ziyarətə gedən Əbül Mükrim Təştikinin türk şahzadələrdən söhbət edərkən belə deyir : İraqdakı Abbasi xəlifələrini ziyarət etmişəm , Səlahəddinin imperiyasını gəzmişəm ancaq heç yerdə türklərdəki kimi qadına dəyər verildiyini görməmişəm. 13-cü əsrdə türk diyarlarına səyahət edən Marko Polo Amudərya çayının yuxarılarındakı əraziləri gəzərkən türk hökmdarlarının qızlarından bəhs edər : Şahzadə elə güclüdür ki, ölkədə ona qalib gələ biləcək oğlan çox çətindir, kim qarşısına çıxarsa onu asanlıqla məğlub edir. Atası onu evləndirmək istəsə də O buna razı olmur və öz bəyəndiyi birini tapana qədər evlənməyəcəyini açıq aydın bildirir. Buna əsasən də şahzadə xanım ölkənin dörd bir yanına xəbər salaraq gənc cavanları özü ilə güc sınağına çağırmış və ona qalib gələcək cavanla evlənəcəyinə söz vermişdir. Digər italyan səyyah Rikkoldo da Montekroçe türk ölkələrində, xüsusən Səlcuqlarda hakim olan ənənələrin ərəb ölkələrindən çox fərqli olmasını və bu fərqliliyin xüsusən cəmiyyətdə türk qadının üstün dəyəri ilə bağlı olduğunu izah edir. Cüveyni yazır: Elxanilərin islamı qəbul etməsindən sonra türk ənənələrində xüsusilə qadına hörmət dəyərlərində geriləmə başlamışdır. Xüsusən Dehli sultanı olan Raziyə sultan buna misaldır. 1236-1240-ci illərdə Raziyə sultan Dehli sultanı olmuşdur. Atası Eltutmuş bütün vəzirlərinin etirazına baxmayaraq onu Dehli sultanlığının varisi təyin etmişdir. İltutmuşun ölümündən sonra saray əyanları dövlətin 1 qadın tərəfindən idarə edilməsini istəməmiş və onun yerinə İltutmuşun oğlu Rüknəddin Firuzu gətirdilər. Lakin bu hökmdarın pis rəhbərliyi ucbatından qiyam baş vermiş və xalq, ordu ilə birlikdə Raziyə sultanı taxta çıxardı. Raziyə sultanın dövründə Dehli inkişaf etməyə başladı, son dərəcə ağıllı və geniş fikirli olan Raziyə sultan hicab və çadranı ləğv elədi, özü də kişi paltarları geyib gəzirdi. Beləcə mürtəce ətraflara insan varlığının ənənələrə kölə olmaması lazım olduğu dərsini vermişdir. Hər nə qədər bu cəsur və azad davranışı onun taxtdan enməsi ilə nəticələnsə də əsrlər sonra qadınlara təsirli bir nümunə rolunu oynadı. Onun atası Şəmsəddin Eltutmuş xəlifə Əl Müstənsir Billah tərəfindən Hindistanın ilk müsəlman hökmdarı kimi tanınıb. Qısacası qeyd edək ki, türk dünyasında qadınlar bu statusu tutarkən ərəb ölkələrində və Avropada ər yemək yeyərkən qadın ayaq üstə durar, ona xidmət edər ,hər vəsilə ilə ərinin ayaqlarını öpər ancaq ləyaqətini alçaldacaq rəftarlara uğramaqdan xilas ola bilməzdi. Indinin özündə də ərəb ölkələrində qadına qeyri insani rəftarlar qalmaqdadır. Tural HƏMİD. | |
|
Teswirleriň ählisi: 0 | |