01:07 Ata malını dağıdan fərsiz oğullar... | |
Ata malını dağıdan fərsiz oğullar...
Jemgyýetçilik tankydy
Ağıllı insanlar heç vaxt ötən günlərin xiffətini çəkmirlər. Onlar başa düşürlər ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Onsuz da keçmişi geri qaytarmaq mümkün deyil. Təcrübə göstərir ki, ötən günlərin nostalgiyası ilə yaşayan insanların əksəriyyəti müasir dövrlə ayaqlaşa bilməyən adamlardır. Çox vaxt onlar keçmişə təsəlli tapmaq, özlərini ovundurmaq üçün üçün ekskursiya edirlər. Amma dərinə gedəndə məlum olur ki, bəzi adamlar haqqında ağızdolusu danışdıqları dövrdə də düz-əməlli işin sahibi olmayıblar. Bu günü və gələcəyi qaranlıq olanlar işığı keçmişdə axtarırlar. Heç kimi qınamaq olmur. İnsan oğlunun xisləti belədir; bütöv bir ömrün bihudə keçməsi ilə barışa bilmir. Məşğul olduğum peşə sayəsində ən müxtəlif insanlarla yoldaşlıq etmək imkanı qazanmışam.Ünsiyyət insanları yaxından tanımaq, onların daxili keyfiyyətlərini üzə çıxarmaq üçün ən gözəl vasitədir. Yazılarımın qəhrəmanlarını çox vaxt çay süfrəsi arxasında “kəşf edirəm”. Ötən axşam metronun “Neftçilər” stansiyasının yaxınlığında köhnə tanışlarla birlikdə çay içəndə onlardan biri əlini ekrandan boylanan icra başçısına tuşlayıb, belə dedi: “Mən ikinci katib işləyəndə bu adam raykomda təlimatçı idi”. Bu cür söhbətlər məni həmişə qıcıqlandırır. Kiminsə cavan olanda təlimatçı işşləməsi, yaxud daha kiçik bir işin qulpundan yapışması ayıb deyil. Ayıb odur ki, göstərilən etimadı doğrulda bilmədiyin üçün qulağından yapışıb, səni işdən qovurlar. Yəqin ki, bu cür situasiya ilə siz də tez-tez qarşılaşırsınız. Həyatda uğur qazana bilməyən bəzi adamlar vaxtilə ata-babalarının varlı olduğunu gözə soxmaqla özlərini ovundurmağa çalışırlar. Belə söhbətlər məni lap təngə gətirib. Bir tanışım var, Bakıətrafı qəsəbələrin birində kirayədə yaşayır. Adam o qədər kasıbdır ki, şəhərə gəlib-gedəndə avtobusa pul vermir. Di gəl ki, gün-güzərandan, dolanışıqdan söhbət düşəndə aman vermir bir adam ağzını açsın. Mən, bu sözləri onun dilindən ən azı yüz dəfə eşitmişəm: “Rayonumuzda ilk “Volqa” mənim atamda olub”. Heç kim ona əhəmiyyət verməsə də, yenə dil-boğaza qoymur: “Nömrəsi 87-87 idi”. Hər dəfə biz söhbəti dəyişsək də, o, yenə öz-özünə danışır: “Saray kimi evimiz vardı. Qonşular çimməyə bizim hamama gəlirdilər”. Bir dəfə özümü saxlaya bilmədim: “İndi nəyiniz var? Ondan danış!” Məlum oldu ki, atası öləndən sonra ondan qalan mal-mülkü sataraq, pulunu göyə sovurub. Rayonda yaşamağa üzü olmadığını başa düşəndən sonra isə arvad-uşağını da götürüb, Bakıya köçüb. Aramızda yaş fərqi çox olsa da, bir dəfə dözməyib, belə dedim: “Atan yaşasaydı, sənin kimi fərsiz oğuldan imtina edərdi”. Mənə elə gəlir ki, işığı arxada yox, qabaqda axtarmaq lazımdır. Azmamaq üçün... Seymur Verdizadə. | |
|
Teswirleriň ählisi: 0 | |