23:03 Şirwanyñ we Azerbaýjanyñ halasgäri Osman Paşa | |
Şirvanın və Azərbaycanın xilaskarı Osman Paşa
Taryhy makalalar
1918-ci ildə M.Ə.Rəsulzadə Nuru Paşanın Bakını erməni rus işğalçılarından azad etməsi şərəfinə verilmiş ziyafətdə səfəviləri işğalçı adlandırması və Osmanlıların 1578-ci ildə Şirvan və Azərbaycanı işğaldan azad edilməsi barədə etdiyi çıxış bu tarixi fakta əsaslanır. M.Ə.Rəsulzadə: -Osman Paşa (1526–1585) Bakı qalasını təmir etdirərək müdafiəsini Əhməd bəy adlı bir komandana tapşırmış, özü Dəmirqapı Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı 6 ay tamam mühasirəyə dayanmış, nəhayət, düşməni dəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər, həm etməlidir!” (səh. 63, “Azərbaycan qəzeti, 14 .11.1918, sayı 39) M.Ə.Rəsulzadənin ziyafətdə etdiyi çıxışın tarixi Səfəvilərin Osmanlılarla Şirvan , Azrbaycan və bütün Qafqaz uğrunda savaşında bəhs edir.Bu savaş zamanı Özdemiroğlu Osman Paşa xüsusi bacarıq və şücayət göstərərək Krım və bütün Qafqazda Osmanlının hakmiyyətini qura bilmişdi. Bu mücadilədə Osman Paşa İran şahları 1-ci Tahmasib(1524-1576),2-ci Şah İsmayıl(1576-1577) və Məhəmməd Xudabəndin (1577-1587) ordularını dəfələrlə məğlubiyyətə uğratmışdır. Nəhayət 1578-ci ildə Osmanlı sərkərdəsi Özdemiroğlu Osman Paşa Çıldır Muharibəsində Səfəvilər tərəfindən işğal olunmuş Şirvani azad edərək Bəylər bəyi titulunu aldı. Şirvan Bəylərbəyi tituluna sahib olduqdan sonra Osman Paşa İran şahlarının böyük ordularını məğlub etdi.Kırım Xanı Mehmet Girayın yardımı ilə Qarabağ,Muğan ə Qızılağaca qədər bütün Şirvanda qərar tutdu .Bundan sonra osmanlı Sultanı 3-cü Murad Osman Paşanı saraya dəvət edərək özünə vəzir təyin etmişdir.Sultan Murad ona Təbrizdə olarkən ona İrana qarşı döyüşləri davam etməyi tapşırsa da Osman paşa xəstəliyi səbəbindən dünyasını dəyişdi. Osman Paşa dünyasını dəyişdikdən sonra Şirvan yenidən səfəvilərin əlinə keçdi. Vasif EFENDI. | |
|
Teswirleriň ählisi: 0 | |