11:26 Turan imperiýasynyñ taryhy | |
Turan İmperiyasının tarixi və mahiyyəti - (I-II yazı)
Taryhy makalalar
I. İlk Turan İmperiyasının nə zaman mövcudluğu ilə bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. 4-2 minilliklərə, bəzən də daha qədim dövrlərədək aparıb çıxaranlar da, eyni zamanda belə bir imperiyanın miladdan öncə 1-ci minilliklə miladdan sonrakı 1-ci minilliyin arasında görənlər də var. Buna səbəb də, Turan İmperiyasının varlığına yanaşmalarda Qərb alimlərinin əksəriyyətinin elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir. Şübhəsiz, bu subyektivliyin arxasında da Avropalıların iranlıların/farsların “qara qaşlarına, ala gözlərinə aşiq olması” deyil, daha çox qərbçi, yəni antitürk/antiislam maraqları önəmli rol oynamışdır. Ona görə də, bir neçə Qərb alimini çıxmaq şərtiylə çoxu Turan İmperiyasının, o cümlədən türklərin tarixini bacardıqları qədər “gənc”ləşdiməyə, bu da mümkün olmadığı halda Turanlıları Türklərdən ayırıb onu Hind-Avropa mənşəli iranlıların aşağı budağı elan etməyə çalışmışlar. Turan İmperiyasının varlığıyla bağlı fikirlərin yenidən gündəmə gəlməsi də, əslində İran/Arya ideyasının dirçəldiləməsi zəminində, istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrdən etibarən Avropa alimlərinin əksəriyyətinin Qacarlar dövlətinin ərazisini “Persiya” ya da “İran” kimi adlandırması, bu zaman da “İran İmperiyasını” qədimləşdirmək adına onun Turan İmperiyasıyla üz-üzə qoyulması sırf Qərb mərkəzli ideya olmuşdur. Çünki iranlıların/aryanların ən əski tarixində iki millətlə: Turanlılar və Samilərlə böyük müharibələr olmuşdur. Ancaq bu bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə ilk böyük qarşıdurmaları Samilərlə deyil, Turanlılarla olmuşdur. Bu anlamda Qərb alimlərinin iranlılar/aryanlar-samidillilər deyil, iran-turan problemini daha çox gündəmə gətirmələri başa düşüləndir. Çünki ən əski dövrlərə baxanda iranlıların varlığını ortaya qoyan məhz turanlılar olmuşdur. Bu aryanların ən qədim kitabı hesab olunan “Avesta”da, eləcə də onun Orta əsrlərdə davamı olan “Şahnamə”lərdə də öz əksini tapmışdır ki, həmin kitabların ortaya çıxması İran-Turan probleminin yenidən gündəmə gəlməsində mühüm rol oynamışdır. Ümumiyyətlə, Qərb alimləri özəlliklə XVIII əsrin ortalarında fransız alimi Düpperon tərəfindən aşkar edilən “Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə “Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alimlərinin əsas müddəalarından biri odur ki, “İran”/Arian və “Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur. Doğrudan da, “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Aryanların düşməni kimi göstərilir. Belə ki, «Avesta»da Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi ari soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur, turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: «Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan… Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət vermədi. Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını məğlub etmək, ələ keçirmək istəyən arilərə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axırında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öldürülmüşdür. Qərb alimlərinin “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi. “İran” “Turan” qövmi ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının “Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Ancaq zaman-zaman “Xan” ünvanını Türk və Turan toplumlarla yanaşı əfqan, pakilər, farslar, çinlilər də işlətmişlər. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alimləri isə “Xannamə” yazmışlar. Beləliklə, dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, bir-birinə düşmən olan Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Sümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur. L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir. Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir. Məsələn, Şərq qaynaqları əsasən İskitlərin, Sakaların Turanlı, Qərb alimləri isə Aryan soylu olduğunu iddia edirlər. Ancaq Skiflərin deyil də, daha çox Sakaların Turanlı olduğu haqda Qərb və Şərq alimləri arasında fikir birliyi vardır. Hüseyin Cevizoğluna görə də, Türk və Turan sözlərinin kökü “Tur/Dur”la, sonu isə saklarla bağlıdır. Tursak və Tursaki adları da göstərir ki, Türklər Saka çağında (m.ö. 10-8-ci əsrlər) bu adla anılmış Turanlı boylardır. Qərb alimlərinin ikinci müddəasına görə, “İran”/Aryanlarla və “Turan”/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arilər və Turların bir-birindən ayıran əkinçiliklə köçərilik və din məsələsi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilikdə yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydurmanın ortaya çıxmasında fars şairi Firdovsinin də rolu az olmamışdır. O, “Şahnamə”də heç bir əsas olmadan yazır ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürür: Rumi Xavəri Səlmə, Çinlə Türküstanı Tura və İranı isə İyrəcə verir. Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qardaşı olan Tur türklər yaşayan ölkənin, İyrəc isə İranın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arilərin/İranlıların eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazır ki, İran/Fars şahı “oğlu” Turu türklər yaşayan Turana, yəni Türküstan və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur. Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gətasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin/Turanlıların başçılarının daima İran/Arilər tərəfindən təyin olunması uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassalı olmuşdur. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmaları dövriyyəyə buraxmışdır. Bunu inandırıcı etmək üçün də, Türküstanın/Turanın hökmdarını “İran şahının oğlu” kimi qələmə verir. Bizcə, yeni dövrdə də Firdovsinin uydurmalarına yalnız onun kimi “uydurmaçı” Qərb alimləri inanmışlar. Belə ki, Lev Qumilyova görə, eyni kökdan olmalarına baxmayaraq arilər/iranlılar zərdüştliyi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar. V.Bartold da hesab edir ki: “Turana gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmənçilik var idi və VI əsrdə Türküstan türklərin hökmranlığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”. Bu mülahizə Qərbçi A.Toynbi və başqaları tərəfindən də müdafiə olunmuşdur. Ümumiyyətlə, bu qərbçiu alimlərin fikirlərindən belə “nəticə” çıxır ki, ən qədim dövrlərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əvvəllər yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstan adlandırmış, hətta üstəlik Turan adını da onlardan mənimsəmişlər. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirə bilməz. Bəzi qərb alimləri ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkra çıxmasılyla üçüncü mülahizəni də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Şimali Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur. O zaman “İran”ın da “Turan” kimi milliyyət Turan İmperiyasının tarixi və mahiyyəti - (I yazı)deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır ya da əks təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, “Turan” yalnız coğrafi addır ya da Ariliyin aşağı budağıdır, qətiyyən doğru deyildir. Əski dövrlərıə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir. II. Turan-İran problemiylə bağlı üç müddəaya (arilərlə turanlılar bir-birinə yad xalqlardır, arilərlə turanlılar bir-birlərinə doğma irqin aşağı-yuxarı budaqlarıdır və Turan coğrafiya, ölkə adıdır) diqqət yetirdikdən sonra iki məsələnin: 1) bugünkü coğrafiyamızda Turan/Türk-İran/Ari xalqlarının üz-üzə gəlməmişdən öncə var olmuş Turan İmperiyasının və Turan mədəniyyətinin varlığının, 2) ilk Turan/Türk-İran/Ari xalqlarının qarşılaşması və onun doğurduğu mədəniyyət mübadilələri nəticələrinin, aydınlaşmasını vacib hesab edirik. Hər halda, son zamanlarda miladdan öncə II minilin sonu, I minilin əvvəllərinə qədər, yəni Ön Asiya və Orta Asiyada İran/Ari xalqlarının izi-tozu belə olmadığı dövrlərdə, onlardan fərqli olaraq Turan/Türk xalqlarının həmin ərazilərin aborigenləri olması, hətta burada Turan İmperiyasını qurmalarıyla bağlı mülahizələr geniş yayılmışdır. Bu cür mülahizələrə görə, həmin dövrə qədər də Ön Asiya, Orta Asiya və Kiçik Asiyada Türklərin/Turanlıların bu və ya digər dərəcədə təmasda olduqları Sumer, Sami, Dravid, Elam, Fin-uqor, Qafqaz-Hurri xalqları olmuşlar. Başqa sözlə, Turan-İran xalqları bir-biriylə qarşılaşmamışdan öncə, yəni m.ö. II minilin sonu, I minilin əvvəllərinə qədər özəlliklə, Ön Asiya və Orta Asiyanın, o cümlədən Xəzər dənizinin hər iki tərəfində, yəni həm şərq tətəfi olan Türküstanın, həm də qərb tərəfi olan Azərbaycanın əsas yaşayanları Turan/Türk mənşəli xalqlar olmuş, bu ərazilərdə də onlar Turan İmperiyasını qurmuşlar. Miladdan öncə IV-II minilliklərdə Xəzər dənizinin Qərbi ilə Cənub-Qərbində, yəni Böyük Azərbaycanda, o cümlədən Şimal-Şərqində, yəni Qıpçaq çöllərində və Şərqində, yəni Türküstanda yaşayan bütün xalqlar da Turan İmperiyasının tərkib hissəsi olmuşlar. Turan İmperiyasının, Turan/Türk uyğarlığının varlığı haqqında bir neçə nəzəriyyə mövcuddur. Bəzi müəlliflər ilk Böyük Turan İmperiyasının Nuh peyğəmbərdən öncə, Mu qitəsinə (bu qitənin sonralar Sakit okeanın altında qaldığı güman olunur) aid Günəş İmperiyasının süqutundan sonra var olduğunu və Tufan nəticəsində aradan qalxdığını iddia edirlər. Buna nümunə kimi də, Ceyms Çörçvordun “Batmış qitə Munun uşaqları” kitabında Günəş İmperiyasının süqutundan sonra, vaxtilə onun müstəmləkəçiliyi altında yaşayan Uyğurların Böyük Uyğur İmperiyasını yaratmasıyla izah edirlər. Böyük Uyğur İmperiyasını ilk Böyük Turan İmperiyası kimi eynilşədirən müəlliflərə görə, paytaxtı Xora-Xota (Qor Ata) olan bu imperiya təxminən XX-XVII minil əvvəl Asiyanın Sarı dəniz sahillərində yaranmış və Avropaya qədər genişlənmişdir. Çörçvordun bu nəzəriyyəsini müdafiə edən Azərbaycan alimi Qara Namazova görə, qədim Azərbaycan əraziləri də Böyük Uyğur İmperiyasının tərkib hissəsi olmuşdur ki, Nuh peyğəmbərin dövründə bu imperiyada baş verən “Tufan”ın izləri Şimali Azərbaycan ərazisindəki Qobustan və Gəmiqaya qayaüstü abidələrində də təsvir olunmuşdur. Qara Namazov yazır: “Tufandan qalma təsvirlərlə Qobustan və Orta Asiya təsvirləri bir-biri ilə çox səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur qayaüstü təsvirlərinin demək olar ki, eynidir... Hətta, yer adları da bir-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət abidələrinin eyniliyi də bu torpaqlarda hələ XX min il əvvəl Uyğrların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır... Bu səsləşmələr bir-birini tamamlayırsa, deməli. Bizim arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox, daha qədimlərə-Uyğur İmperiyasının yaşadığı dövrlərə gedib çıxır. Bu yöndə uyğurların, yəni Türklərin Güney Qafqazda XX min il öncə bir imperiya kimi yaşamaları nəticəsinə gəlinməlidir”. Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”a, yəni Yer kürəsinin ərazisinin xeyli bir qisminin su altında qalmasına qədər mövcud olan ilk Turan İmperiyası haqqında hansısa elmi faktlardan çıxış etmək çox zor görünsə də, bu məsələnin ciddiyə alınması və araşdırmaların davam etdilməsi düçüncəsindəyik. Hər halda “Tufan”a qədərki xalqlar və onlara məxsus dövlətlər haqqındakı bilgilərin çoxalması daha çox Türklərin qədim tarixinə işıq tutmaqdadır. Özəlliklə, türklərin Mu qitəsinin Günəş İmperiyasıyla ondan sonrakı Uyğur/Turan İmperiyası dövründə ortaya qoyduqları milli-dini dəyərlər (Tanrıçılıq inancı, Günəş inancı və b.), dövlətçilik ənənələri (ədalətlilik, sosial bərabərlik, Turan taktikası və b.), elmi nailiyyətlər tamamilə məhv olmamış, daima öz nüvəsini qoruyub saxlamışdır. Bu anlamda “Tufan”dan əvvəl və sonra meydana çıxan dövlətlərdə, onların ortaya qoyduqları mədəniyyət abidələrində Türklərin/Turanlıların mühüm rol oynaması qənaətindəyik. Hesab edirik ki, Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”dan sonra da Türklər/Turanlılar Orta Asiya və Ön Asiyada, özəlliklə Xəzər dənizini də öz içinə alan “Turan ovalığı”nda məskunlaşaraq ikinci Böyük Turan İmperatorluğunu qurmuş, eyni zamanda yeni mədəniyyət ortaya qoyaraq, onu dünyada yaymağa başlamışlar. “Tufan”dan sonra ilk mədəniyyət mərkəzinin m.ö. X-VI minillərdə “Turan ovalığı”nda, yəni Türküstanda yarandığını iddia edən Azərbaycan türk aydınlarından Aydın Mədətoğlunun gəldiyə nəticə də odur ki, ““Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minillikdə şəhər dövlətləri yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları ətrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır”. Əslində bəzi Azərbaycan türk alimləri bununla demək istəyirlər ki, “Tufan”dan sonra dünyada mövcud olan ilk dövlətçilik və mədəniyyət ənənələri ilk olaraq m.ö. X-VI minilliklərdə əsasən Orta Asiyanı əhatə edən Turandan/Türküstandan başlamış, ikinci dəfə m.ö. VII-II minilliklərdə Böyük Azərbaycanda da yayılmış və üçüncü olaraq m.ö. IV-II minillərdə Dəclə-Fərat çayları arasındakı Şumerlərlə və başqa mədəniyyətlərlə davam etmişdir. Biz də, hesab edirik ki, bütün hallarda dünya mədəniyyətinin ya da uyğarlığının ilk başlanğıcı tarixçilərin əksəriyyəti tərəfindən m.ö. IV minilin ortalarında İkiçayarasına “gəlmə” sayılan, ancaq hardan gəldikləri bəlli olmayan Şumerlər/Sümerlər deyil, onlar üzərində böyük təsiri olmuş ya da Sümerlərə qohum olmuş Ptototürklər/Turanlılardır. Hər halda Ptototürklərin/Turanlıların Sumerlərlə münasibətlərinin olmasını bütün Türk alimləri qəbul etdikləri halda, ancaq Sumerlərin türk mənşəliyi məsələsində fikirlər haçalanır. Məsələn, O.N.Tuna, Ə.Elçibəy, O.Süleymenov, Y.Yusifov, S.Əliyarlı və başqaları birmənalı şəkildə Sumerləri türk hesab etdiyi halda, M.İsmayılov, F.Ağasıoğlu və digərləri bu fikrə qatılmır, sadəcə, türklərlə Sumerlər arasında sosial-mədəni münasibətlərin olduğunu qəbul edirlər. Şübhəsiz, indiki halda Qərb ideoloqları üçün də, dünyada ilk uyğarlıq hesab olunan Sumerlər mədəniyyətinin sahibinin hind/avropalı, sami, turan/türk ya da naməlum mənşəli xalqların olması kimi müxtəlif nəzəriyyələr səslənməsi daha əlverişlidir, nəinki Sumerlərdən də öncə yeni bir uyğarlığın varlığının ortaya çıxması. Hər halda alimlərin qədim sivilizasiyalarla apardığı araşdırmalar belə bir yeni fikri doğurur ki, əslində dünya alimlərinin bu gün ortaya qoyduqları bir çox sivilizasiyalar, o cümlədən Şumer/Sumer mədəniyyətinin, şəhər-dövlətlərinin özü də başqa bir sivilizasiyadan qaynaqlanmışdır. Ancaq Qərbçi alimlər Şumer/Sumerdən öncəki mədəniyyətin, sivilizasiyanın formalaşdığı coğrafi ərazinin harada olmasına, eyni zamanda həmin coğrafi ərazilərdə məskunlaşmış xalqların etnik kimliyinə daha yaxşı bələd olduqları üçün, hələlik bu məsələdə susmağa üstünlük verirlər. Şübhəsiz, Qərb alimlərini susmağa məcbur edən Şumer/Sumerdən öncəki mədəniyyətin formalaşdığı coğrafi ərazinin daha çox Türküstan/Turan, həmin coğrafiyanın ən qədim xalqlarının isə Turan/Türk mənşəli olmasıdır. Ən mühüm də odur ki, Sumerlərin türk olub-olmaması mübahisəli olduğu halda, ancaq Sumerlərə Türklərin təsirinin olması fikri daha qüvvətli şəkildə ortaya çıxmaqdadır. Əlbəttə, belə olduğu təqdirdə dünənə qədər Türk mədəniyyətini bütün mədəniyyətlərdən “gənc”, “barbar” hesab edən “Avropa mərkəzçi” Qərb alimləri üçün bunu, bir tərəfdən etiraf etmək çox ağır olduğu qədər də, digər tərəfdən indiki “Qərb sivilizasiyası”nın demokratikliyini, əvəzsizliyini, mükəmməliyini də sarsıdır. Bütün bunları doğru analiz edən Tatar mütəfəkkiri Rafael Muhametdinov da hesab edir ki, Sumerlərdən öncə olan yeni sivilizasiyanın ortaya çıxışı Avropa mərkəzçi düşüncənin sonu, Türk/Turan mədəniyyətinin isə yenidən dirilişi olacaqdır: “Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropa-mərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış olsa da tamamən çürüdülməsi üçün daha da çalışmamız lazım. Prototürkləri (Turanı, Turanlıları – F.Ə.), dünyadakı ilk uyğarlıq olaraq bilinən Sumer uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”. Biz də qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox Türk/Turan mədəniyyətinin damğası var. Çünki Türk/Turan mədəniyyəti bütün mədəniyyətlərin ən qədimidir. Hətta, bunu biz türklərdən çox Qərb alimlərin daha yaxşı bilməsi düşüncəsindəyik. Ən azı ona görə ki, Türk-Turan sivilizasiyasına aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb alimlərinin əllərindədir. Üstəlik, dünya tarixinin, dünya elminin mərkəzi Qərb “elm”i olduğu üçün, ancaq oradan gələn bir fikrə möhtac qalmışıq. Qərb alimləri də dünya elmində nəinki ilk mədəniyyət olaraq Türk/Turan mədəniyyətini qəbul etmək niyyətləri var hətta, onun “gənc” və “barbar” olması iddiasında qalmaqdadırlar. Ona görə də hesab edirik ki, Qərb sivilizasiyasını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini “tapmaq” məsələsində “Avropa mərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Qərb sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri (Sumer, Elam və b.) özünküləşdirməyə cəhd etdikləri halda, digər tərəfdən həmin mədəniyyətləri Türk-Turan mədəniyyətindən uzaq tutmağa çalışırlar. Çünki Qərb sivilizasiyasının Yunan-Romadan Turan İmperiyasının tarixi və mahiyyəti - II Yazıbaşlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiyyətini itirmişdir. Belə olduğu təqdirdə, Qərb alimləri dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşlər. Qərb alimlərinin bu niyyəti Ariliyin ya da Hind-Avropa nəzəriyyəsinin əsasını qoymuşdu ki, onun da köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutmuşlar. Bu zamanda heç bir ciddi əsas olmadan hələlik, dünyada ilk sivilizasiya hesab edilən Şumer mədəniyyətini ya hind-avropa nəzəriyyəsinə bağlamağa çalışmış ya da naməlum mədəniyyət elan etməklə kifayətlənmişlər. Dos., Dr. Faiq Qəzənfəroğlu. | |
|
Teswirleriň ählisi: 0 | |