12:02 Turan imperiýasynyñ taryhy / dowamy | |
Turan İmperiyasının tarixi və mahiyyəti - (III-IV-V Yazı)
Taryhy makalalar
Bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünəməxsus yer tutmasını, hətta Sumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Əks təqdirdə Türk/Turan mədəniyyətimiz Avropa, Rus, Çin, Hind, İran/Ari, Sami mədəniyyətləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bunun gerçəkləşməməsi üçün bütün Türk/Turan xalqlarının Turan/Türk uyğarlığı və Tanrıçılıq fəlsəfəsinə ciddi önəm verməsini vacib sayırıq. Çünki Turan uyğarlığı həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, “Tufan”dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri əfsanələrdən təmizləyib elmi obyektivliyə qovuşdurmalıyıq. Özəlliklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Xaqan və onun varisləri haqqındakı biliklərimizi genişləndirməliyik. Türk-Turan etnoqonik miflərində oğuzlar uğuzlar kimi ifadə olunur və onların uzun sürən hakimiyyətindən söz açılır. Etnoqonik miflərə görə, Azərbaycanın ən qədim insanları – uğuzlar çox uca boylu olmuşlar: «Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur. El arasında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar». Deməli, Uğuzlar-Oğuzlar türklərin ulu əcdadlarıdır və Uğuz ilk dəfə təkallahlı din olan Göy-Tanrıçılığı yaymışdır. Başqa bir etnoqonik mifə görə isə, Türk Nuh peyğəmbərin yeddi oğlundan biri olmuş, uzun müddət bir ada da təkbaşına yaşamışdır. Türkün adadan xilas olmasında boz qurd mühüm rol oynamışdır. Oğuz Xaqanla bağlı yaranmış bütün “Oğuznamələr”də də, o, həm Böyük Turan İmperatorluğunun qurucusu, həm də Dünya hakimiyyətini quran ilk hökmdar kimi səciyyələndirilmişdir. Bəzi mənbələr isə Oğuz Xaqanı Alp Ər Tonqa, onu da Avesta və “Şahnamələr”də adı keçən Əfrasiyabla eyniləşdirilər. Eyni zamanda Oğuz Xaqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nufun oğlu Yafəsin oğlu Türkün nəvəsidir. Sözükeçən Oğuz Xaqan oğulları Göy Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmdarı olduqdan sonra dövlətini onlar arasında bölüşdürmüşdür. Bu impertaorluğun başkəndi də Mərv, Bəlx və digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin vəb.) də təməlini qoymuşdur. Hesab edirik ki, m.ö. IV-II minillərdə Böyük Azərbaycan/Xəzərbaycan ərazilərindəki qədim dövlətlərin əksəriyyəti (Aratta, Subar, Qut, Turuk, Manna və b.) də əsasən Oğuz Xaqanın qurduğu və onun varisləri tərəfindən davam etdirilən Turan İmperiyasının (m.ö. 10-5-ci minilliklər) ya bəylikləri olmuş ya da yarımmüstəqil şəkildə mövcudluqlarını qoruyub saxlamışlar. Turan İmperiyasının təkibinə də Böyük Azərbaycan və ona həmhüdud ərazilərdəki bütün türksoylu xalqlar, yəni Sumerlər, Subarlar, Aratta, Qutlar, Turuklar, Kumanlar, Mannalılar, Kimmerlər, Sakalar, İskitlər, Madaylar, Hunlar, Qıpçaqlar, Qarqarlar, Xəzərlər/Azərlər, Quzlar/Oğuzlar, Alpanlar/Albanlar və başqaları daxil olmuşlar. Bir sözlə, bizim fikrimizcə, adı çəkilən bu Turan/Türk tayfalarının hamısı Xəzərin az qala bütün ətrafında, yəni Şimali-Şərq, Şərq (Orta Asiya), Şimali-Qərb, Qərb (Böyük Azərbaycan) və Cənub sahillərində yaşayan yerli etnoslar idilər. Deməli, Türklərin/Turanlıların ilk yurdu yalnız Cənubi Azərbaycan deyil, bütövlükdə Böyük Azərbaycan/Xəzərbaycan, yəni Xəzər dənizinin bütün ətrafı olmuşdur. Əski dövrlərdə olduğu kimi, bu günün özündə də aşağı-yuxarı Xəzər dənizinin bütün ətrafı Türklərin çoxunluqla məskunlaşdığı ərazilər olaraq qalmaqdadır. Bu anlamda Turanın mərkəzinin Azərbaycan olması, eyni zamanda ilk qüdrətli Turan dövlətinin başçılarından biri olan Alp Ər Tonqanın Azərbaycanda da bir çox şəhəri bina etdirməsiylə bağlı əfsanələrin olması təbiidir. Bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turan xaqanı Alp Ər Tonqa olub. Firdovsiyə görə, onu iranlılar Bərdə bölgəsindəki qalasında öldürüblər ki, bunu Təbəri də yazır. Təbəri Alp Ər Tonqanın ilk ari-türk əlaqələri dövründə m.ö. 13-12-ci əsrlərdə, Musa peygəmbərin zamanında yaşamasını güman edir. Bu o deməkdir ki, Türklərin Xəzər dənizinin bütün ətrafında yerli ya da “gəlmə” olmasıyla bağlı məsələ, yalnız Azərbaycan türklərinin problemi deyildir. Zatən, Turan İmperiyasının nüvəsi olan türklərdən bir hissəsinin sonralar daha çox “Azərbaycan türkləri” kimi tanınması onların xəzər/azər/kaz/quz adlarını daşımasıyla bağlıdır. Bu günə qədər Xəzər dənizinə onlarla adlar verilmişdir ki, ancaq onlar arasında Xəzər, Türk, Quz, Kaspi, Quz, Oğuz kimi adların önə çıxmışdır. Deməli, Xəzər dənizinə verilən adlarla, onun hər iki sahilinə verilən yer adları Azərbaycan, Xəzər/Xəzərbaycan, Qazaxıstan, Oğuz, Türkmənistan bir-birini tamamlamışdır. Bu anlamda Xəzər dənizinin bütün ətrafında yaşayan türkləri dar anlamda birləşdirən Azərbaycan/Xəzərbaycan, Qazax Eli, Türkmen Eli, Oğuz Eli, Qıpçaq Eli geniş anlamda isə Turan İmperiyası olmuşdur. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Oğuzların/Xəzərlərin davamçısı kimi “Azərbaycan”/“Xəzərbaycan” kəlimələriylə yanaşı Turan ülküsünə sahib çıxmaları təbiidir. Vaxtilə Yaqut əl-Həməvi də Azərbaycan sözünün kökündəki “azər” kəliməsinin “xəzər” sözüylə eyni mənalılığından bəhs etmişdir. Türkmənistan türkmənləri indinin özündə də Xəzərbecan, Xəzərbaycan ifadələrini işlədirlər ki, deməli, bütün zamanlarda azər və xəzər sözləri eyni mənanı, türklüyü və turanlılığı ifadə etmişdir. Eyni zamanda, mən də dəyərli alimimiz Firudin Ağasıoğlu kimi o fikirdəyəm ki, Oğuzlar, Xəzərlər/Azərlər ölkəsi anlamına gələn Azərbaycan və Xəzərbaycan kəlimələrinin Strabonun irəli sürdüyü Atropatena, Aturpatakan anlayışılarına heç bir aidliyi yoxdur. Başqa sözlə, iranlıların/arilərin oda sitayişdən dolayı bu əraziləri “odlar ölkəsi”, “od tanrısının yeri”, “od evi”, “od qoruyucusu”, “odla abadlaşdırılmı ölkə” adlandırması bir şey, turanlıların/türklərin isə milli kimlikləriylə bağlı yaşadıqları coğrafiyaya “xəzərlər/azərlər ölkəsi”, “oğuzlar ölkəsi”, “türklər/turanlılar ölkəsi”, “bayların uca yeri” adlandırması tamam bağqa şeydir. Beləliklə, demək istədiyimiz odur ki, Azərbaycan türk alimləri Ön Asiyada, Orta Asiyada, Kiçik Asiyada türklərin yerli olması məsələsini ortaya qoymaqla dar anlamda Azərbaycan türklyünü, geniş anlamda isə Turan türklüyünü müdafiə etmiş olurlar. Türklərin Ön Asiyaya və ona həmhüdud ərazilərə “gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan Türk və əcnəbi alimlərdən Rza Nur, M.Ə.Rəsulzadə, N.Qrablis, Hommel, Oppert, Says, M.H.Vəliyev, Ziya Bünyadov, Yusif Yusifov, Osman Tuna, Tofiq Hacıyev, Murad Adcı, Firudin Ağasıoğlu və başqalarının Türklərin/Turanlıların yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya “gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstəkləmələrini çox vacib hesab edirik. Bu baxımdan Böyük Azərbaycan, Türkiyə, Türküstan alimləri arasında məhdud türklükdən deyil, Turan türklüyü kimi geniş anlamdan çıxış edilib Ön Asiya və Kiçik Asiyada Türklərin “gəlmə” deyil, yerli olması nəzəriyyəsini dəsətəkləyənlərin sayının artılması da diqqətçəkicidir. Əgər əvvəllər Qərb alimlərinin təzyiqi, təsiri altında Türk alimlərinin çoxu Türklərin hətta, iranlılardan sonra ya da onlarla birlikdə Ön Asiyaya, Kiçik Asiyaya gəlməsi fikrini müdafiə edirdilərsə, əsil həqiqətlər gün işığına çıxdıqca artıq durum xeyli dərəcədə dəyişməkdədir. Hələ, 19-20-ci əsrlərdə Azərbaycan Türkçülüyü ideyası qədər Turan türkçülüyü ideyasını ən çox müdafiə edənlər Azərbaycan türk aydınları olmuşdur. Azərbaycan türk aydınları (A.A.Bakıxanov, M.Kazımbəy, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Cənnəti, R.Nur, Ə.Müznib, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə və b.) Türkçülüklə yanaşı Turançılığı da müdafiə edərkən onun bütün sahələrdə dar mənada anlaşılmamasına əsas tutmuşlar. Məhz onların sayəsində də Türkçülük yalnız milliyyətçilik kimi bir mənadan çıxaraq elmi mahiyyətdə qazanmışdır. Məsələn, Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsərində Türkçülükdən daha çox Turançılığı önə çəkmiş, “Turan xalqları”, “Turan dilləri”, “Turan irqi” nəzəriyyəsini müdafiə etmişdir. Birbaşa olmasa da, Hüseynzadə müstəqim şəkildə Turan ellərində yaşayan millətlərin yerli olması nəzəriyyəsini müdafiə etmiş, buna uyğun olaraq da Türklərin arilərdən öncə sami xalqlarıyla münasibətlərinə diqqəti çəkmişdir. O, “Siyasəti-Fürusət” əsərində də yazırdı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olublar. Eyni müddəaları 20-ci əsrin əvvəllərində bu və ya başqa formada N.Marr, M.Ə.Rəsulzadə, M.H.Baharlı və başqaları da dəstəkləmişlər (bunu ayrıca olaraq təhlil etmişik). Ancaq Sovetlər Birliyi dövründə, özəlliklə 1930-cu illərin sonlarında başlayaraq yenidən türklərin Ön Asiyaya “gəlmə” xalq olması məsələsi gündəmə gətirilmişdi. Həmin yanlış nəzəriyyənin təbliğatçıları olan İ.M.Dyakonov, İ.Əliyev, S.Qaşqay, Q.Melikişvili, E.Qrantovski, S.Ə.Kəsrəvi, V.Bartold, S.Qasımova, Ə.S.Sumbatzadə kimi Qərb ideologiyasına (“Avropa mərkəzçi”liyə) xidmət edənlərin iddia etmələri ki, m.ö. III-I minilliklərdə Ön Asiya, o cümlədən qədim Azərbaycan ərazisində Turan İmperiyasının tarixi və mahiyyəti - (III Yazı)yaşamış yerli tayfalar – kutilər, lullubilər, turukkilər, nikimixlər, uruatrilər, sular, kaşşu, manna və digərləri dil, etnik-mədəni cəhətdən ya Qafqaz-hürri, Zaqroş-Elam dilləri qrupuna aiddirlər ya da onlardan bəzilərinin etnik kökü bəlli deyildir, ən əsası onların türklərə heç bir dəxli yoxdur, bütün bunlar təsadüfi olmamışdır. IV. Turanın İrandan qədimliyi mülahizəsini “Avropa mərkəzçiliyə” zərbə sayan qərbçi ideoloqlar bir tərəfdən Turanı Ariyanın aşağı budağı, digər tərəfdən isə türklərin çox sonralar Ön Asiyaya gəlməsini bəyan etməklə çıxış yolu tapmağa çalışmışlar. Bununla da, “Avropa mərkəzçilər” Turana aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış, ya da bu baş tutmadıqda onları naməlum tayfalar elan etmişlər. Başqa sözlə, İranlılarla müqayisədə Turanlıların aborigenliyinin daha inandırıcı olduğunu görən “Avropa mərkəzçi”lər, bundan çıxış yolu kimi iki versiyanın üzərində dayanmışlar: 1) Turanlılar Ari/İranın aşağı budağıdır, yəni turanlılar iranlılarla bir yerdə Ön Asiya və Orta Asiyaya gəlmişlər, 2) Sadəcə, çox sonralar Turan adını mənimsəyən Türklərin əsas vətənləri isə Ural-Altay ərazisidir (“Ural-Altay türk ailəsi” nəzəriyyəsi). Antitürk nəzəriyyələri Avropa, “Sovet” və “İran“ ideoloqları birlikdə müdafiə etmiş və əsaslandırmağa çalışmışlar. Əslində burada əsas məqsəd Ön Asiyanın və Orta Asiyanın, bütövlükdə Asiyanın yerli xalqları olan Turanlıları/Türkləri diqqətdən kənarda saxlamaq üçün “Ural-Altay türk ailəsi” nəzəriyyəsinin “Avropa mərkəzçilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Çünki həmin yerli etnosların etnik kimliyinə “Ural-Altay türk ailəsi” deyil, “Turan/Türk ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir. Ümumiyyətlə, hesab edirik ki, Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan avropalı alimlər öz qədim köklərini, qədim mədəniyyət izlərini araşdırarkən qarşılarına böyük bir Türk-Turan mədəniyyəti çıxmışdı. Bəlkə də, bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyi ilə qarşılaşacaqlarını gözləməyən Avropa, Rus alimlərinin əksəriyyəti də çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Ona görə də, Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək “Ural-Altay” nəzəriyyəsini ortaya atmışlar. Onlara “Ural-Altay” nəzəriyyəsinini bir tərəfdən türklərin digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asiya və Orta Asiyadan uzaq tutmaq üçün lazım idi. Turan Sivilizasiyasının varlığının etirafı üçün bir tərəfdən dəfələrlə saxtalaşdırılmış dünya tarixini “Avropa mərkəzçilik” konsepsiyasından xilas etmək, digər tərəfdən də həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” nəzəriyyəsinin əsil mahiyyətini ortaya qoymaq lazımdır. Çünki Hind-Avropa nəzəriyyəsinə alternativ ola biləcək “Ural-Altay dil ailəsi” nəzəriyyəsi deyil, “Türk-Turan” ya da “Turan dil ailəsi” nəzəriyyəsidir. “Ural Altay” nəzəriyyəsi dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından “Hind-Avropa” nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay” nəzəriyyəsi “Avropa mərkəzçilik” konsepsiyasının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Qazaxıstan Türk alimi Oljas Süleymenov “Az-YA” kitabında yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”. Deməli, ən azı 19-cu əsrdən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, onu əsaslandırarkən özlərinə əsas rəqib olaraq “Turan-Türk” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması “Avropa mərkəzçilər”ə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. O.Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin (“Avropa mərkəzçilər”in-F.Q.) təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyindən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər”. Halbuki Turan mədəniyyətindən qidalanan Çin, İran və Ərəb mədəniyyətləri olmuşlar. Bu baxımdan Süleymenovla tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyinlərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”. Beləliklə, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropa mərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin mövcudluğu Türklərin Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsiylə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropa mərkəzçiliy”in uydurduğu “Ural-Altay” nəzəriyyəsinin gerçək üzü “Türk-Turan” nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi “Avropa mərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniyyətinə qarşı gerçək bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər. Beləliklə, “Avropa mərkəzçilər”in mümkün qədər indiki Azərbaycan və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, sular, subarlar, turukkilər, mannalılar) Türk/Turan etnik kimliyindən uzaq tutmaq, bunu əsaslandırmaq üçün də, “Ural-Altay türk ailəsi” teorisini ortaya atmalarını əvvəlcədən düşünülmüş addımlardır. Çünki türklərin əski vətəni “Ural-Altay” elan edilib oradan dünyaya yayıldığı iddia olunursa, o zaman “Turan-Türk dil ailəsi” nəzəriyyəsi diqqətdən kənarda qalır. Ona görə də, “Avropa mərkəzçilər” heç bir elmi əsas olmadan iddia edirlər ki, Orta Asiya və Ön Asiyada əvvəlcə Arilər, yalnız onlardan çox sonra türklər məskunlaşmışlar. Məsələn, Ön Asiyanın, o cümlədən Azərbaycanın yerli tayfalarının türk/turanlı kimliyini «əsaslandırdıqdan» sonra İqrar Əliyev yazırdı ki, m.ö. II minlliyin sonu – I minilliyin əvvəllərində Cənubi Rusiya çöllərindən çıxmış irandilli etnosların şimali-qərbi İran ərazisinə, o cümlədən Cənubi Azərbaycana gəlişlərindən sonra bölgənin etnik-dil mənzərəsi tədricən dəyişməyə başladı. Eyni zamanda “Avropa mərkəzçilər” m.ö. II miniliyin sonu, I minilliyin əvvəllərində və sonrakı yüzilliklərdə Orta Asiyayla Ön Asiya ərazisində mühüm rol oynamış Kimmerleri, İskitləri, Sakaları da bu bölgəyə “gəlmə” etnoslar elan edərək onları da əssasız olaraq iranlı/arilər hesab etmişlər. Qərbçi alimlərin fikrincə, arilər/iranlılar kimi hind-avropa mənşəli olan midiyalılar, parslar, əfqanlar və başqaları bir çox cəhətlərinə - atdan, süvari qoşunun döyüş arabalarından istifadəyə görə, yerli əhali üzərində üstünlük qazanmış və onların geniş yayılmasına şərait yaranmışdı; bu da həmin ərazinin etnik xəritəsinin dəyişməsinə səbəb olmuşdu. Bununla da çox keçmədən Ön Asiyanın, o cümlədən Azərbaycanın türk olmayan avtoxton-yerli əhalisi – kutilər, lullubilər, hürrilər, kaşşular və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxımından assimilyasiyasına, iranlılaşamağa məruz qalmışlar; “həmin dövrdə təşəkkül tapmaqda olan irandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi». “Avropa mərkəzçilər”in iddiasınca, Mannanın yerli əhalisinin “iranlılaşma”sında öncə madaylar/midiyalılar, parslar daha sonra m.ö. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlədən Azərbaycana axın edən kimmerilər, iskitlər və saklar da mühüm rol oynamışlar. Beləliklə, Qərb mərkəzli ideoloqlar XX əsrdə, özəlliklə həmin əsrin ortalarından başlayaraq “dünya tarixşünaslığı”nda belə bir mülahizəni də elmi fikir olaraq ortaya atmışlar ki, Ön Asiyanın və Kiçik Asiyanın əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə hamısı hind-irandilli tayfalar (arilər, midiyalılar, parslar, əfqanlar, kimmerilər, iskitlər vəb.) olmuşlar. Guya, həmin dövrdə yəni irandilli tayfaların, yəni arilərin Midiyada, İranda olduğu dönəmdə isə bu ərazilərdə, türkdilli tayfaların izi-tozu belə olmamışdır. Bunun nəticəsi olaraq SSRİ tarixşünaslığına xidmət edən 1960-ci illərdə nəşr olunan “Azərbaycan tarixi”, 1970-ci illərdə yayımlanan Azərbaycan Sovet Ensiklopediyasında (ASE), olduğu kimi, müstəqillik dönəmində 7 cildlik “Azərbaycan tarixi”ndə yazılır ki, türk dillərindən birində danışan Güney və Quzey Azərbaycan xalqının soykökündə Qafqaz-Hurri mənşəli kutilər, lullubilər, mannalılar, albanlar eləcə də irandilli ya da ari mənşəli midiyalılar ya da midiyalılardan törəmə, irandilli azəri dilində danışan atropatenalılar dayanır. Gördüyümüz kimi, 7 cildlik “Azərbaycan tarixi”ndə açıq-aşkar “Hind-Avropa” nəzəriyyəsi dəstəklənmiş və bunu akademik Nailə Vəlixanlını özünəməxsus şəkildə belə izah etmişdir. O, yazır ki, Azərbaycan xalqının yerli türk etnosları və qonşu ölkələrdən gəlib burada məskunlaşmış, türk dilində danışan digər tayfaları ilə qaynayıb-qarışmasından yaranması, bu anlamda da Azərbaycan türklərinin erkən dövrdən türk (prototürk, erkən türk) dilində danışması və heç bir başqa xalqdan dönməməsi mülahizəsi inandırcı görünsə də, lakin bu mülahizələr dünya tarixşünaslıq elmində qərarlaşa bilməmişlər. Bu baxımdan N.Vəlixanlı belə bir nəticəyə gəlir ki, Türklərin Azərbaycanın və Ön Asiyanın yerli xalq olması mülahizəsi İ.Dyakonov, Q.Melikişvili, F.Məmmədova, İ.Əliyev və onların başqa həmfikirləri tərəfindən irəli sürülmüş “Azərbaycan xalqının etnogenezində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı, gəlmə (türkdilli və irandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstünlük təşkil edərək e. XI-XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxartmışdır” mülahizəsini, yəni «tarixşünaslıqda artıq özünə elmi vətəndaşlıq hüququ qazanmış konsepsiyanı («Avropa mərkəzçiliyi» - F.Q.) tam inkar etmək üçün əsaslı deyil». Bütün bu antitürkçü mülahizələr “Avropa mərkəzçilik” ideologiyasının maraqları çərçivəsində elmi dövriyyəyə buraxılmışdır ki, indi onu «dünya tarixşünaslığı tərəfindən qəbul edilmiş müddəa» kimi qəbul etmək mənasızdır. Digər tərəfdən, Turanda, Azərbaycanda türklərin aborigen olmasını sübut etmək üçün deyil, tam əksinə türklərin gəlmə olmasını ortaya qoymaq üçün ciddi və sanballı dəlillərə ehtiyac vardır. Əgər bu məsələlərdə söhbət konkret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birincisi, «Azərbaycan tarixi» kitablarından, elmi-kütləvi ədəbiyyatlardan SSRİ dövründən qalma yad konsepsiyalar çıxarılmalı, yəni Azərbaycan xalqının etnik mənşəyi və dili məsələsinin yadelli alimlərin, tarixçilərin mülahizələrinə, fərziyyələrinə uyğun şəkildə «həll edilməsi»nə son verilməlidir. İkincisi, birdəfəlik anlamaq lazımdır ki, bu «problem» Azərbaycan türk xalqı əsarət altında olduqda ortaya atılıb öz «elmi həlli»ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir. V. Sovetlər Birliyi dövründə, xüsusilə 1960-1970-ci illərdən başlayaraq antitürk, antiazərbaycan ideyalara qarşı Ziya Bünyadov, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Firudin Ağasıoğlu, Tofiq Hacıyev, Mahmud İsmayılov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Altay Məmmədov, Mirəli Seyidov və başqa alimlərimiz milli mövqelərini ortaya qoymuşlar. Onlar bir tərəfdən Ön Asiyanın yerli xalqları olan Kutilərin, Suların, Turrukilərin, Qarqarların eyni zamanda, buraya “gəlmə” hesab olunan kimmerlərin, iskitlərin, sakların türk mənşəli olmalarını qətiyyətlə müdafiə etməyə başlamışlar. Məsələn, dilçi alimimiz professor Qiyasəddin Qeybullayev yazırdı ki, m.ö. 3-cü minllikdən Azərbaycanda yaşayan yerli kutilər, lullubilər, kaslar, turukkilər türk mənşəli etnoslar olub onların birbaşa varisləri olan Manna və Maday m.ö. I minilliyin əvvəllərində tarix səhnəsinə çıxdığı kimi, m.ö. VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerilər, skiflər (işquzlar) və saklar da türk mənşəli etnoslar olmuşlar. Qədim Azərbaycan ərazisindəki etnoslar arasında prototürklərin aparıcı rol oynamasını müdafiə edən Mahmud İsmayılov da yazırdı ki, m.ö. III minilliyin sonlarında şumer-akkadlarla eyni dövrdə yaşamış olan kutilər, lullubilər, saspirlər (subarlar-savirlər), kaspilər və ən başlıcası turukkilər türk mənşəli olmuşlar. Sonrakı yuzilliklərdə türksoylu tayfalar Ön Asiyadan şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş, bir neçə yüzillikdən sonra isə burada əks miqrasiya olmuşdur. O, matienləri və albanları buna sübut kimi göstərir. Onun fikrincə, qədim dövrdə Azərbaycandan Orta Asiyaya köçmüş matienlər və albanlar burada özbək, qazax, qırğız, türkmən, qaraqalpaq millətlərin təşəkkülündə mühüm rol oynamış və sonralar öz qədim vətənlərinə qayıtmışlar. Hələ, Sovetlər Birliyi dövründə akademik Ziya Bünyadov da türklərin Azərbaycanın yerli milləti olması nəzəriyyəsini müdafiə etmişdir. Akademik açıq şəkildə yazırdı: “Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki onda yerli böyük və çox yığcam türk tayfalarının varlığına göz yumulur”. Maraqlıdır ki, eyni zamanda «yerli türk tayfaları», «türk aborigenləri» ifadələrinə yer verən Ziya Bünyadovun bu mülahizələrini Nailə Vəlixanlı başqa yerə yozmuşdur: «Burada ilk orta əsrlərdə Azərbaycana gəlmiş türklər nəzərdə tutulur». Fikrimizcə, əgər Ziya Bünyadov «yerli türk tayfaları», «türk aborigenləri» dedikdə, Nailə Vəlixanlının başa düşdüyü mənada nəzərdə tutsaydı, bunu özü ifadə edərdi. Bizcə, türklərin aborigenliyi ilə bağlı Z.Bünyadov məlum əsərində, ərəb mənbəyinə istinadən «Azərbaycan qədimdən türklər ölkəsidir» müddəasını da təsadüfən irəli sürməmişdir. Z.Bünyadov yazır ki, ərəblər VII-VIII əsrlərdə Azərbaycan və Arranı istila edərkən, burada əsas tayfaların hunlar-xəzərlər, yəni türklər olduğunu öyrənmişdilər. Ərəb mənbələrində ərəblərin istilasından əvvəl Azərbaycanda türklərin yaşadığı haqqında məlumat da var. Ərəb mənbəyində belə bir rəvayət var ki, ərəb xilafəti dövründə Xəlifə Müaviyə (661-680) qədim tarixə bələd olan Abid ibn Şariyə adlı yəmənlidən soruşur: “Türklər və Azərbaycan nə deməkdir?”. Abid cavab verir ki, “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir”. Z.Bünyadova görə, bu rəvayəti şübhə altına almaq olardı, “lakin 1126-cı ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də həmin rəvayətə rast gəlirik. Burada belə deyilir: “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir”. Bu imzasız əsər müəllifi, Himyari padşahlarından biri olan Raiş haqqında məlumat verərkən deyir ki, bu ölkə türklərin əlindədir”. Z.Bünyadovun fikirlərini ümumiləşdirəndə aydın görürük ki, akademik birmənalı şəkildə Azərbaycan xalqının etnik mənsubiyyətini, dilini, bu xalqın formalaşmasını türk amili əsasında izah edir və türklərin qədim zamanlardan bu bölgədə məskunlaşması və yerliliyi müddəasını irəli sürür. Ən başlıcası odur ki, Z.Bünyadov azərbaycanlıların ulu əcdadlarının türk olduqlarını qeyd edərək, bugünkü azərbaycanlıları «Azərbaycan türk xalqı» adlandırmışdır. Prof. Süleyman Əliyarlı da yazırdı ki, türklərin Azərbaycan ərazisində yaşamış ən qədim sakinlər olduğunu m.ö. I minilliyin mixi yazılarında olan turukki və turuxi etnik adlar təsdiq edir. Onun fikrincə, turukku adının türk dilindən başqa bir yozumu olmaması onların türkmənşəli xalq olduğunu sübut edir. Urmu nəzəriyyəsinin, yəni türklərin ilk vətənlərinin Cənubi Azərbaycan olmasının müəllifi Firudin Ağasıoğlu hesab edir ki, “türk” adının ilk forması m.ö. 3-2-ci minilliklərdə burada meydana çıxmış, ilk böyük Türk İmperiyası Qut Eli də Azərbaycanda yaranmışdır. Bu anlamda ilk Türk dövləti və Türk imperiyası kimi m.ö. 3-cü sərin sonu, 2-ci əsrin əvvəllərində meydana çıxmış Hun dövlətini göstərmək qətiyyən doğru deyildir. Onun fikrincə, türklərin ilk atayurdu Ön Asiya, o cümlədən Cənubi Azərbaycan və ətrafı, ikinci atayurdu isə Anadolu, Orta Asiya, Şimali Qafqaz, Altay və digər coğrafiyalar olmuşlar. Bizcə, Türklərin ilk atayurdu Ön Asiya və Orta Asiya, yəni Azərbaycan və Türküstan olmuşdur. Xüsusilə, m.ö. 6-4-cü minillərdə bu ərazilər türk tayfalarının (turuklar/turlar, qutlar, lulubilər, xəzərlər, sakalar/arsaklar, oğuzlar/quzlar, kaslar/kazlar, parflar/pardlar, uyğurlar, hunlar) atayurdları olmuş, Turlar/Türklərin adıyla Turan/Türküstan adlandırılmşdır. Deməli, ilk türklərin vətəni kimi yalnız Azərbaycanı deyil, onunla yanaşı Türküstanı bir sözlə, bütövlükdə isə Turanı görmək lazımdır. Azərbaycanın qədimdən türklərin vətəni, yəni prototürklərin məskunlaşdığı əsas yerlərdən birinin Urmiya gölünün cənub və cənub-şərqi olmasını, hətta m.ö. III minilliyin I yarısında bu ərazilərdə Aratta ölkəsinin mövcud olmasını iddia edən tarixçi alimlərimizdən Yusif Yusifov buranın yerli əhalisinin prototürklərin olmasına əsas sübutlardan biri kimi m.ö. III-II minilliklərdə bu ərazidə yaşayan turukkuları, Turukkum ölkəsini göstərmişdir. Y.Yusifov yazır ki, turukku etnonimi «türk» tayfa adının erkən forması olmuşdur: «Erkən orta əsr yaddilli qaynaqlarda «türk» adı ilə yanaşı «turukka» (hind qaynaqları), «ttrruki» (Xotan mənbələri), «druq//druqi» (Tibet qaynaqları) formaları işlədilmişdir. E.ə. II minillikdə akkad mixi yazıları etnonimin erkən, «turukki, turuki» formasını saxlamışlar. Bu dəlillər onu göstərir ki, e.ə. III-II minilliklərdə Azərbaycan ərazilərində türk etnosları yaşamış və onlar o dövrün siyasi hadisələrində yaxından iştirak etmişlər. Beləliklə, Azərbaycanın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməyən ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dillərini səciyyələndirən bir sıra fonetik əvəzləmələr artıq yaranmışdı. Fərz etmək olar ki, prototürklər bu zaman nəinki qədim Azərbaycanın, eləcə də Anadolu yarımadasının və Orta Asiyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər». Manna dövlətini də Kutilərin, Turukkilərin, Subarların davamı sayan Yusifova görə, m.ö. VIII əsrin sonu – VII əsrin əvvəlində Azərbaycana şimaldan “gəlmiş” Kimmer, skit və saklar da Türksoylu olub yerli əhali ilə dil qohumluğuna görə Mannada və Arazın şimal hissəsində məskunlaşmışdılar. Qərb alimlərinin çoxunun iddia etdiyi kimi yerli lulubilər, kutilər, subarlar, qıpçaqlar, qarqarlar, kəngərlər, mannalılar Qafqaz-Hurri mənşəli deyil Türk mənşəli olduğu qədər, eyni zamanda kimmerlər, iskitlər, saklar da onlar qədər arilər/iranlılar kimi “gəlmə” yox yerli olub Türk soyludurlar. Demək istədiyimiz odur ki, kimmerlər, iskitlər, sakları heç də İranlılar kimi guya, Ön Asiyaya, o cümlədən Azərbaycana “gəlmə” etnoslar hesab etmək doğru deyildir. Unutmaq olmaz ki, məhz bu amildən yararlanaraq Qərb alimləri iddia edirlər ki, arilər/iranlılar kimi kimmerlər, iskitlər və saklar da aşağı-yuxarı həmin dövrlərdə ilk dəfə Ön Asiyaya, o cümlədən Böyük Azərbaycana gəlmişlər. Bu, tamamilə yanlış və əleyhimizə işləyən mülahizədir. Bizcə, kimmerlər, iskitlər, sakalar Turan İmperiyasının aparıcı etnosları olub iranlılar/arilər Ön Asiyaya gəlməmişdən çox-çox öncə Azərbaycan da daxil olmaqla Qafqazın böyük bir hissəsində, bir sözlə Ön Asiyada yaşamışlar. İlk dövrlərdə Turanın İrandan/Aryandan qədimliyini, eyni zamanda Türklərin Ön Asiyanın yerli milləti olmasını bəzi Qərb alimləri, o cümlədən də ingilislər, fransızlar, amerikanlar və başqaları da etiraf etmişlər. Məsələn, həmin dövrün ingilis-amerikan alimi Nikela Qrablisə görə, Turan haqqında tədqiqatlar genişləndikcə bəlli olur ki, Turanın əsas mərkəzi Azərbaycan olmuş, iranlılarla ilk müharibədə Azərbaycan türkləriylə olmuşdur. N.Qrablis “Şərq məsələsi” adlı kitabında yazırdı ki, Türklərin iranlılardan ya da arilərdən daha öncə Azərbaycanda sakin olmaqları, iranlıların isə bu əraziyə gəlmə olduqları barədə dəqiq, sabit sübut və dəlillər vardır. Başqa bir ingilis alimi professor Says isə yazırdı: “Turanilər bu böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər, bizə ondan böyük yadigarlar qalacaqdı”. Deməli, e.ə. II minilliyin sonu – e.ə. I minilliyin əvvəllərindən başlayaraq irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya axını nəticəsində qədim türklərinin özünümüdafiə etməsi zəruri olmuşdur. Əvvəlcə, Turan-Saka imperiyası olaraq irandillilərlə qarşı birgə savaşan turanlılar, imperiya nisbətən zəiflədiyi dövrlərdə Manna, Midiya, Xəzər (Kaspiana), Massaget çarlığı olaraq düşmənə qarşə mübarizəni davam etdimişlər. Bu anlamda kutilər, lullubilər, sular//suvarlar, qarqarlar, xəzərlər/azlar, turukkilər, albanlar//aranlar və başqa yerli Türk etnoslarından təşəkkül tapmış Manna dövlətinin m.ö. 9-cu əsrdən etibarən Assuriya, Urartu ilə yanaşı sonralar Aryanlara (Parsua) qarşı da mübarizə aparmaları təbiidir. Eyni zamanda e.ə. VIII-VII əsrlərdə yenidən toparlanan Turan-Saka imperiyasına aid kimmerilər, iskitlər/sakların da ümumi düşmənə qarşı mübarizədə Manna dövlətinə yardım etməyə başlamaları təsadüfi sayıla bilməz. Hər halda kimmeri, iskit/sakların heç bir problem olmadan Manna-Azərbaycan əhalisi ilə qaynayıb qarışması isə onların soyköklərinin eyniliyi və əvvəllər Turan imperiyasının tərkibində yerdə yaşamaları ilə bağlı olmuşdur. Sakaların/turanlıların hökmdarının «sak və kuti ölkələrinin hökmdarı» titulunu daşıması bu yaxınlığa işarədir, eyni Turan İmperiyasının tarixi və mahiyyəti - (V yazı)zamanda Assuriyaya qarşı mübarizədə mannalılarla kimmerilər, iskitlər/saklar arasındakı mütəffiqlik də bu amildən qaynaqlanmışdır. Bu fikri təsdiq edən faktlardan biri də, bəzi mətnlərdə iskitlərin/skiflərin Manna ölkəsinin qədim sakinləri adlandırılmasıdır. Deməli, mannalılarla sakalar öncədən Turan-Saka imperiyasının tərkib hissəsi olmuş, irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya yürüşü zamanı imperiya nisbtən zəifləmiş, bunun nəticəsində də yeni türk dövlətləri ortaya çıxmış, çox keçmədən də yenidən toparlanan turanlı sakalar manallılara dəstək verməyə başlamışlar. Dos., Dr. Faiq Qəzənfəroğlu. | |
|
Teswirleriň ählisi: 0 | |