10:02 Golan türkmenleriniñ ýas dessurlary | |
Golan Türkmanlarının YAS MƏRASİMİ
Taryhy makalalar
Golan Türkmanlarının yas mərasimi İslamı dəyərlərə dayansa da, İslamdan öncəki əski Türk inanclarının bəzilərini də özündə qoruyub saxlayır. Ölənin cəsədini çox saxlamazlar. Cəsədi ya həməm gün, ya da səhəri gün dəfn etməyə çalışırlar. Ölü olan evdə sakitliyə riayət etməyə çalışırlar. Uca səslə ağlamaq, hay-küy salmaq yaxşı qarşılanmaz. Öləni həzin, ürəkdağlayıcı bir səslə ağlayarlar. Mərhumu ağ kəfənə büküb, qiyməyli və təmiz xalca, palaz içərisində çənazəyə qoyurlar və məscidə qədər çiyinlərdə aparırlar. Məsciddə ölən üçün Quran oxunar. Çənazəni son mənzilə kişilər yola salar. Uşaqları və qadınları həmin gün qəbristanlığa getməyə qoymazlar. Cəsədi qəbirə sağ çiyni ustə, yönü qibləyə tərəf qoyarlar. Ölünü dəfn etdikdən sonra qəbirstanlıqdan çıxmağa tələsməzlər. Adətən ləng tərpənərlər ki, hamıdan sonra qəbristanı tərk etsinlər. Dəfn mərasimində adətən dualar oxunar və oxunan dualar diqqətlə dinlənilər. Dəfnə gələnlərə çay, kofe və suxurat verilər. Adamlar ölənin ailəsinə başsağlığı verməyə əsasən ilk üç gündə saat 6-dan 8-ə qədər gələrlər. Həmin vaxt gələ bilməyənlər mərhumun yeddisi günü də başsağlığı verməyə gəlirlər. Adamların əksəriyyəti çalışır ki, dəfn mərasimində iştirak etsinlər. Uzaqda olanlar isə üzüntülərini teleqramla, telefonla da bildirirlər. Yas mərasimi yazısı aşağıdakı sayt əsasında hazırlanmışdır: http://halapturkmen.blogcu.com/-/11247082 COLAN TÜRKMANLARINDA YEMƏKLƏR Colan Türkmanları xörək hazırlayarkən dənli bitkilərdən, ət-süd məhsullarından, tərəvəzlərdən, zeytun yağından, ədviyyatlardan, limon suyundan geniş istifadə edərlər. Ənənəvi yeməklərə ələnmiş buğdadan (bulqurdan) hazırlanan sıyıqlar, arpa və buğda unundan kökələr (“xobz”), süd məhsullarından (“lyabne”), içi doldurulmuş badımcan (“makdus”), göyərti, zeytun və qoyun ətindən bişirilən yeməklər aiddir. Masaya hər zaman “falafel”, “şavarma”, qəlyanaltılardan “xummus”, “mutabbal”, “baba-qanuş”, “ful”, tərəvəz və göyərtilər “tabbule”, müxtəlif pendirlər, mərci şorbası, qızardılmış çörəkdən və tərəvəzlərdən hazırlanmış “fatuş” təqdim olunur. Ət yeməklərinə aşağdakılar aiddir: düyü və qozdan hazırlanmış bütöv quzu “mensaf”, yerkökülü ətli plov, kişmiş və ədavalı “kabsa”, düyü və qoz içlikli toyuq “djadj maxşi”, köz üzərində hazırlanan balıq “samak meşui”, döyülmüş qoyun əti “kastaleta”, kabab, qoyun əti ilə üyüdmüş bugdadan “kibbe”, köz üzərində çevrilmiş qoyun “meşvi”, qara gavalılı və badamlı qoyun əti, kəllə-paça “makkadem”, köz üzərində qızardılmış quzu əti ilə göyərti “kafta”, “dolma” və ya “tolma”. Şirni süfrəsi üçün isə qat-qat xəmirdən ətli börək, göyərti və pendirli “burak”, paxlava, “şərbət”, “kuafə”, yarmadan pudinq “mxalabie”, börəklər və meyvə hazırlanır. Populyar içkilərdən – tünd Ərəb qəhvəsi, çay, müxtəlif şirələr, kişmiş kompotu “djelab” və süd məhsullarından “ayran”. # Colan Türkmanlarının mətbəxi yazısı aşağıdakı sayt əsasında hazırlandı: http://halapturkmen.blogcu.com/-/11247082 | |
|
Teswirleriň ählisi: 0 | |